Təbrik: Mayor Fariz Nəsibov- 64
Yüksək peşəkarlığa, prinsiplərinə sadəliyi, humanistliyi,xeyirxahlığı,iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, təmkinliyi, dəqiqliyi,səmiyyəti, və ən əsası vətənpərvərliyi və səmərəli fəaliyyəti ilə seçilən Daxili İşlər Nazirliyi Daxili Qoşunların Binəqədi rayonunda yerləşən hərbi hissədə və Daxili Qoşunların Baş İdarəsində müxtəlif vəzifələrdə Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmiş, Azərbaycan Respubilkasının müharibə veteranı- istefada olan mayor Nəsibov Fariz Astan oğlunun mart ayının 20-də dünyaya göz acdığı gündür.
Daimi həyatın cətinliklərindən alını açıq və üzağ cıxan Azərbaycan Respublikasının müharibə veteranı - istefada olan mayor Nəsibov Fariz Astan oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri,yaxın qohumları və iş yolsaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Fariz qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Fariz Astan oğlu Nəsibov 1961-ci ilin mart ayının 20-də Qazax rayonun Qarapapaq kəndində zəhmətkeş bir ailədə anadan olub.
1976-cı ildə Qazax rayonun Qarapapaq kənd orta məktəbini, 1979-ci ildə Plan-iqtisadiyyət Texnikomunu,1994-cü ildə İnşaat Mühəndisləri Unverstetini bitirib.
1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə olub.
1981-1991-ci illərdə Bakı şəhəri Mebel zavodunda və texniki peşə məktəbində baş usta, mühəndis və müəllim vəzifəsində çalışıb.
1992-2000-ci illərdə Daxili İşlər Nazirliyi Daxil Qoşunların Binəqədi rayonunda yerləşən hərbi hissədə bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin Növbətçi xidmətində isə zabit vəzifəsində xidmət edib.
Mayor Nəsibov Fariz Astan oğlu Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istqamətində) gedən döyüşlərdə ona həvalə edilmiş vəzifə və tapşırıqları layiqincə yerinə yetirmişdir.
Fari Nəsibov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, istərsə də xidmət etdiyi və işlədiyi kollektiv heyətində böyük rəğbət qazanmışdır.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində, hüquq mühafizə orqanlarının, hərbi şəhərcikərin,hərbi təchizat anbarların və hərbi yüklərin mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaləda hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andı, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Fariz Astan oğlu Nəsibov döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində, hərbi intizamın möhkəmləndirilməsində xüsusi fərqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respubilkasının Daxili İşlər Naziri, Daxili Qoşunlar Komandanı və onun müavinləri, hərbi hissə komandiri tərəfindən əlacı və yubiley döş nişanları ilə, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə, diplomlarla təltif olunub və ona təşəkkur elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, FARİZ!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder