Təbrik: Mayor Atəşin Haqverdiyev -61



 Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, Azərbaycan Respublikasının müharibə veteranı- istefda olan mayor Haqverdiyev Atəşin Ənvər oğlunun  mart ayının 8-də onun dünyaya göz acdığı gündür.


Daimi həyatın   cətinliklərindən alını açıq və üzüağ çıxan, Atəşin Haqverdiyevi doğum günü münasibətilə  Daxil İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunların ehtiyatda və istefada  olan zabitləri, doğmaları,əzizləri, yaxınları, iş və döyüşcü  yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyata insan ücün  ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömür arzu edib deyirlər, Atəşin qoy  yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Suraxanı rayon şöbəsinin üzvü - istefada olan mayor Haqverdiyev Atəşin Ənvər oğlu  1964-cü ilin matr ayının 8-də Azərbaycan Respublikasının Ağdam rayonunun Qiyaslı kəndində zəhmətkeş  bir ailədə  anadan olub.

1981-ci ildə Ağdam rayonun Qiyaslı kənd orta məktəbi, 1986-ci ildə Azərbaycan Politexnik İnstitutunun avtomobil nəqliyyat fakultəsini, 1999-cu ildə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin təhkimləşdirmə  (ixtisas artırma) kursunu «əla» qiymətlərlə bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində  keçirilən  bir çox  təlim- metodiki  toplanışlarlarda, hərbi və xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda  iştirak edib. Hərbi təcrübə mübadiləsi əldə etmək üçün Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankara, İstanbul və İzmir şəhərlərində yerləşən hərbi hissələrində və hərbi məktəblərində işgüzar səfərdə olmuşdur.

Atəşin Ənvər oğlu Haqverdiyev 1986-1990-cı illərdə Gədəbəy rayon Avtomobil bazasında mühəndis, 1990-1992-ci illərdə isə Ağdam rayon Dəzgahqayırma zavodunda mühəndis vəzifələrində işləyib.

«Hərbi Xidməti keçmə Haqqında» əsasnamənin müvafiq maddəsinə  1986-cı  ildə  Haqverdiyev  Atəşin Ənvər oğluna SSRİ Müdafiə Nazirinin əmrinə əsasən ilkin  leytenant hərbi rütbəsi verilib.

1992-2013-cü illərdə Daxili şlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Əlibayramlı  (indiki Şirvan) şəhərində, Ağdərə, Ağdam, Xaçmaz (Yalama qəsəbəsində) və Hacıqabul  rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, motoatıcı bölük komandirinin müavini, motoatıcı bölüyün kamandiri,  avtomobil və zirehli texnika xidməti rəisi,   mühəndis və kimya xidməti rəisi, Daxili Qoşunların Bas İdarəsinin əlahiddə inşaat dəstəsinin komandiri, Daxili Qoşunların Bas İdarəsinin  təmir -tikinti  şöbəsində, YSM (Yanacaq sürtgün materialları) xidmətində, avtomobil və zirehli texnika şöbəsində zabit vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.

Peşəkarlığı, iradı və humanistliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu  hərbi xidmətdə keçirib. 

Atəşin Ənvər oğlu Haqverdiyev Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam rayonları istiqamətində) gedən döyüşlərdə bölük komandiri kimi fəal iştirak edib.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş  xidməti nizamnamələrin və digər hüquqi-normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

Qanunvericiliklə müəyyən olunmuş  qaydada  Daxili Qoşunlara  həvalə olunmuş  vəzifə və tapşrıqların  yerinə yetirilməsində,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə  yerlərində   ictimai qaydanın qorunmasında  və asayişin təhlükəsizliyinin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtisasların qarşısının alınmasında,qəzalar, bədbəxt  hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə vəziyət zamanı hüquqi rejim qaydalarına əməl olunmasında və Azərbaycanın ərazi bütövlüyün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əli açıq, zəhmətkeş zabit kimi göstərmişdir. Atəşin istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili işlər Naziri, Daxili Qoşunlar Komandanı və onun müavinləri, hərbi hissə komandiri tərəfindən yubiley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı  əla göstəricilərə, təlimlərdə, xüsusi döyüş əməliyyatlarında, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və igidlik göstərməyə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri aşağıdakı medallarla təltif olunub:

1.“Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;

2.“Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin 10-illiyi və 90-illiyi yubiley  medalları ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ATƏŞİN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


BÜTÜN ARZULARIN CİN OLSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


 Azərbaycan  Respublikasının Silahlı Qüvvələri  və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages