İnsan üçün ən yaddaqalan günlərin başlıcası onun həyata gəldiyi gündür.Belə insanlardan biri də Daxili İşlər Nazirliyi (DİN-in)
Daxili Qoşunların Baş idarəsinin maliyə -plan şöbəsinin həyatında öz dəst- xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, humanistliyi, dəqiqliyi,təmkinliyi, sadəliyi, səmimiyyəti, iradı və mənəvi kyfiyyətləri ilə seçilən, istefada olan kapitan Hacıyeva Sevinc Natiq qızıdır. Mart ayının 21- də onun 65 yaşı tamam olur.
Əhatəsində olan insanların hörmətini qazanan,dostlarına və yaxınlarına isti münasibətdə olan Sevinc xanımı belə bir əlamətdar yubiley günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri, iş yoldaşları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edib deyirlər,Sevinc xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
Yüksək nufuz sahibi olan, xidmət etdiyi və işlədiyi kollektivdə təvazökar, qayğıkeş və xeyirxah insan kimi tanınan, hər zaman həyatda layıqlı yer tutmağa canatmış,yüksək uğurlar qazanmış, vətənpərvər zabit -istefada olan kapitan Hacıyeva Sevinc Natiiq qızı 1992- 2004 - cü illərdə DİN-in Daxili Qoşunların Baş İdarəsinin maliyyə-plan şöbəsində zabit vəzifəsində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.
Torpağına,xalqına bağlı gözəl xanım Sevinc Hacıyeva DİN-in Daxili Qoşunların Baş İdarəsində xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.O, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Sevinc xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən qoruxmaz, insanpərvər, səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş hərbi qulluqcu olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış Hacıyeva SevincNatiq qizı Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına, müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox həmkarları və iş yoldaşları
üçün nümunə olmuşdur.
Sevinc Hacıyeva öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə yubiley döş nişanları ilə təltif olunub, bir çox fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkur elan edlib və aşağıdakı medallarla təltif edlib:
1.”Qusursuz xidmətə görə 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
2.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 10 iliyi (1991 -2001)” yubiley medalı ilə;
SEVİNC XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...
UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.
BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder