Peşəkarlığı,humanistliyi, dərin zəkası, vətənpərvərliyi, gözəl nitq qabiliyyəti, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, sadəliyi, insanpərvərliyi,təmkinliyi və səmimiyyəti ilə seçilən, ehtiyatda olan kapitan Hüseynov Elşən Hüseyin oğlunun mart ayının 27-də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, ehtiyatda olan kapitan Elşən Hüseynovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Elşən qoy hər yeni yaşınız sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Kapitan Hüseynov Elşən Hüseyin oğlu 1979 -cu ilin mart ayının 27 -də Naxçıvan Muxtar Respubilkasının Babək rayonun Kültəpə kəndində zəhmətkeş bir ailədə anadan olub.
1996 - ci ildə Babək rayonun Kültəpə kənd orta məktəbi, 2000 - ci ildə isə Azərbaycan Texniki Universitetini bitrub.
Elşən Hüseynov 2020 ci illin iyun ayınıa kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət edib. 2020 -ci illin iyun ayından etibarən Azərbaycan Respubilkası Daxili işlər nazirliyi Daxili Qoşunlarından ehtiyata buraxlıb.
Kapitan Elşən Hüseynov DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi nümunə olub.
Elşən Hüsrynov Daxili Qoşunların Baş İdarsində və hərbi hissələrində keçirilən bir çox təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, hərbi və xüsusi - taktiki təlimlərdə, nümnəvi - göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN- in Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində,qəzalar ,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant zaman hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində kapitan Elşən Hüseynov üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri iIə əlaçı və yubiley döş nişanları ilə təltif olunub, fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları kapitan Elşən Hüseyin oğlu Hüseynov vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Öz xidməti vəzifələrini və hərbi hissəyə həvalə olunmuş vəzifə və tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin müvafiq əmirləri ilə “Qüsursuz və yubiley” medalları ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ELŞƏN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder