Təbrik: Kapitan Beydulla Baxşıyev -80



Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların  həyatında  öz dəst-xətti olan,yüksəl peşakarlığı,  humanistliyi, işgüzarlığı, iradı, mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünü  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda   hərbi xidmətdə keçirmiş, Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı- istefada olan  kapitan  Beydulla Baxşıyevin  mart ayının 28- də dünyaya göz acdığı  gündür.


 Daimi həyatın  bütün cətinliklərindən  alını  açıq və üzüağ çıxan, Azərbaycan Respubilkasının  Silahlı Qüvvələri və müharibə   veteranı- istefada olam kapitan Beydulla Baxşıyevi doğum günü munasbətilə Daxili İşlər  Nazirliyinin  zabitlər  birliyinin üzvləri, Daxili Qoşunların  ehtiyatda və istefada  olan zabitləri,doğmaları,əzizləri iş və döyüşcü  yoldaşları səmimi qəlbdən təbrik edir,  səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib  deyirlər, Beydulla  müəllim qoy yaşının üstə gələn bu yaş da sizə  sevinc  dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 


 Kapitan  Baxşıyev Beydulla Bücət   oğlu  28 mart  1945-ci ildə Azərbaycan Respublikasının Lənkaran  rayonun Girdəni kəndində zəhmətkeş bir ailədə anadan olub.

1962 -cü ildə  Lənkaran rayon Girdəni  kənd orta məktəbi, 1965-ci ildə isə Bakı Neft Texnikumu  bitrib. O, SSRİ və Azərbaycan Respubilkasının  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Daxili Qoşunların   Tiflis və Bakı şəhərlərində yerləşən  Baş İdarədə, diviziyalarda və hərbi hissələrdə keçirilən  müvafiq kurslarda, bir çox  təlim- metodiki təlim toplanışlarında ,hərbi və xüsusi taktiki və  komanda qərargah  təlimlərində,  seminar və konfranslarda fəal iştirak edib.

 Beydulla Baxışıyev  1965- 1968-ci illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının  Tiflis  şəhərindəki  diviziyanın Bakı şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.

1968 -1971-ci illərdə  Lənkaran rayon Elektrik şəbəkəsində növbətci texnik vəzifəsində    calışıb.

1972- 1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların 69 -cu  və   5-cı  diviziyalarının Bakı şəhərində yerləşən  hərbi hissələrində müxtəlif vəzifələrdə, 1992-1997 -ci  illərdə isə  Azərbaycann Respublikasının  Daxili İşıər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Sumqayıt şəhərində yerləşən    xüsusi motorlaşdırılmış  polis (milis) hərbi hissəsində xidmət  rəisi vəzifələrində   Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.

 Beydulla  Baxşıyev yaşa görə, DİN-in  Daxili Qoşunlardan yaşa görə ehtiyata buraxıldıqdan sonra  2008-2020-ci illərdə Heydər Əliyev Sarayında elektromexanik növbətci  vəzifəsində işləyib. 

O, Daxili İşlər Nazirliyin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in  Daxili Qoşunlarına həvalə olunmuş  vəzifə və tapşırıqların  yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  keçirilmə yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində,  yaşayış məntəqələrində və  cəzaçəkmə müəssisələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz   silahlı   dəstələrin   axtarışında və   zərərsizləşdirilməsində, dövlət  əhəmiyyətli  obyektlərin, müvafiq icra hakimiyyəti  orqanların inzibati  binalarının və təchizat anbarların  mühafizə olunmasında,qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa  fövqalədə hallar , habelə  fövqalədə  vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin  olunmasında üzərinə düşən    vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Hərbi  xidmət  və ictimai vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, dviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı  və yubiley döş  nişanları ilə, bir çox fəxri fərmanlarla və qiymətli hədiyyələrlə (pul mükafatları iıə) mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı əla göstəricilərə ,döyüş xidmətində, döyüş növbəsində ,  döyüş əməliyyatlarında xüsusi fəriqləndiyinə, eləcə də  öz  İctimai vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə SSRİ Ali Soveti, Azərbaycan Respublikası Prezidenti adından aşağıdakı medallarlarla təltif olunub:

1.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələr  Veteranı”,

2. “Qüsursuz xidmə görə” 1-ci ,2-ci və 3-cü dərəcəli,  medallar ilə;

 3.“ SSRİ Silahlı Qüvvələrinin”   60  (1918- 1978)” və 70- illiyi (1918-1988)” yubley   medalları ilə təltif edilib.

YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN, BEYDULLA MÜƏLLİM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!



 Azərbaycan Respublikasının Silahlı  Qüvvələri və   Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages