Təbrik: Kapitan Artıf Kazımov -58



 SSRİ Silahlı Qüvvələrində və Daxil İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, Azərbaycan Vətən Müharibəs Veteranları İctimai Birliyinin  Gəncə şəhər şöbəsinin üzvü, Azərbaycan Respublikasının Müharibə Veteranı, 2-ci qrup   (hərbi xidmət dövründə) əlil-istefada olan kapitan  Arif Kazımovun  mart ayında   58 yaşının tamam olub.

Kazımov  Arif Xanoğlan oğlu 1967-ci illin  mart ayının 1- də  Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olub.

1983-ci ildə Gəncə şəhər 1 nömrəli internat məktəbi,1985-ci ildə Gəncə şəhər Yüngül Sənaye Texnikomunu , 1987-ci ildə SSRİ Silahlı Qüvvələrinin  Almaniya Demokratik respublikasında yerləşən hərbi hissələrin birində gizirlər  məktəbini, 1998-ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonlarında yerləşən tədris- təlim mərkəzində  zabitlərin ixtisas artırma kursunu bitirib.


 Atif Kazımov Daxili Qoşunlarda xidmətdə olduğu illərdə Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim- təlim metodiki toplanışlarda,nümnəvi -göstərici məşgələlərdə, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.


1985-1986-cı illərdə SSRİ  Silahlı Qüvvələrinin  Almaniya Demokratik respublikasında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətə olub.


1987-1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Almaniya Demokratik respublikasında, Əfqanıstanda və Azərbaycan Respublikasının Gəncə şəhərində  yerləşən hərbi hissələrin birində müxtəlif vəzifələrdə  çalışıb.


1992-2003-cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin   Nərmanov rayonunda və Gəncə şəhərlərində yerləşən hərbi hissələrində taqım  komandiri, qərargah rəisinin şəxsi heyətin qeydiyyatı üzrə  baş köməkçisi  və hərbi hissənin  qərargah   əvəzi vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.


 A.Kazımov Daxili Qoşunlarından  xəstəliyinə görə  Silahlı Qüvvələrə ehtiyata Azərbaycan Vətən Müharibəs Veteranları İctimai Birliyinin Gəncə şəhər şöbəsinin üzvüdür.


O,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmiş və yaralanmışdır. 

Əsli vətəndaşlıq mövqeyi ilə seçilən, Arif Kazımov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifə və taışırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa  qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində ,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı  hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

Kazımov Arif Xanoğlan oğlu
Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və digər təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış,qohum - əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətlərinə görə SSRI  Müdafiə Naziri, Daxili İşlər Naziri, Daxili Qoşunlar Komandanı və onun müavinləri, dairə, korpus və hərbi hissə komandiri  tərəfindən bir sıra medallarla, döş nişanları ilə təltif olunub, pul mükafatları ilə, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri,Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, (hərbi vəzifəliləri),  doğmaları, əzizləri və yaxınları mayor  Arif  Xanoğlan oğlu  Kazımovun mart ayında 58 yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir,ona möhkəm cansağlığı, ailə səadəti və xoş günlər arzulayır.

Arif  yeni  yaşın mübarək olsun!!!

  

100 yaşa, sağlam yaşa.


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və Müharibə Veteranı

polkovnik Salman Musayev



 

Hiç yorum yok:

Yorum Gönder

Pages