Təbrik: Kapitan Anar İbrahimov – 45




Peşəkarlığı, dərin zəkası,  vətənpərvərliyi,  gözəl nitq qabiliyyəti, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, sadəliyi, insanpərvərliyi və səmimiyyəti   ilə seçilən, ehtiyatda olan kapitan İbrahimov Anar  Vidadi  oğlunun   mart  ayının  6- da  dünyaya göz acdığı gündür.

 

Kapitan Anar İbrahimovu doğum günü münasibətilə  Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, onun doğmaları ,yaxınları, tələbə və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,  Anar  qoy hər yeni yaşınız da  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə  sizi  istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.


Kapitan İbrahimov Anar  Vidadi    oğlu 1980 - ci ilin   mart ayının  12 -də   Mingəçevir şəhərində   zəhmətkeş bir ailədə anadan olub.

   

1997 - ci ildə   Mingəçevir şəhər  11 nömrəli   orta   məktəbi,   2001 -   ci illin iyun ayında   Bakı Ali  Ümümqoşun  Komandirlər Məktəbini  (BAÜKM Daxili Qoşunlar fakultəsini), 2001 -ci  ilin dekabr ayında    Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Xəzər rayonunda yerləşən təlim tədris mərkəzində   zabitlərin ixtisas artırma  kursunu bitrub.

     

2001-2010 - ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Nərmanov və Quba  rayonlarında  yerləşən hərbi  hissələrində taqım və bölük komandiri, qərargah rəisinin  xidmət üzrə köməkci vəzifələrində Vətənə  və xalqa  sədaqətlə xidmət  edib. ”Hərbi xidmətkecmə haqqında” əsasnamənin  156-cı madəsinin v) bədinə əsasən xəstəliyə görə - Azərbaycan Respubilkası Daxili işlər nazirliyi  Daxili Qoşunlarından   ehtiyata buraxlıb. Anar İbrahimov   2013- 2024-cü illərdə  Xalq banq ASC-in  Quba rayon filalında  və Xalq banq  ASC-də qəza sığorta   komissarı   vəzifəsində işləyib. Hal- hazırda Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

 

Kapitan Anar İvrahimov Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil aldığı,  DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində isə Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi  nümunə olub.


Anar İbrahimov  Daxili Qoşunların  Baş İdasində, təlim - tədris mərkəzdə və hərbi hissələrdə keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə, nümnəvi -göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.

    

Kapitan Anar İbrahimov  həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan  zəhmətkeş zabit olub.  


Qanunvericiliklə müəyyən olunmuş qaydada   DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,

şəhərdə, yaşayış yerlərində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında kapitan Anar İbrahimov  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri iIə  “Azərbaycan  Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”  yubiley   medalı, əlaçı   və yubiley döş nişanları ilə təltif olunub, fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


     


Hərbi yoldaşları kapitan Anar İbrahimovı  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  ANAR!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

  

Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və Müharibə Veteranı polkovnik Salman Musayev

Təbrik: Kapitan Anar İbrahimov – 45

Hiç yorum yok:

Yorum Gönder

Pages