TƏBRİK: FUAD SƏMİYEV — 52



Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Şamaxı rayon şöbəsinin sədri Fuad Səmiyevin doğum günüdür. 1973-cü ildə anadan olan Fuad Səmiyevin mart ayının 22-də 52 yaşı tamam olur.

Daxili Qoşun birləşmələrinin tərkibində Qarabağın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş Fuad Səmiyev hazırda AVMVİB Şamaxı rayon şöbəsinin sədridir. Zəfər müjdəli müharibədən geri dönmüş qazilərimizlə fəal iş aparmaqdadır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Fuad Ötərxan oğlu Səmiyevi ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür və cansağlığı arzulayır.

Hiç yorum yok:

Yorum Gönder

Pages