Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Bu günkü araşdırmanın məqsədi vətəndaşların əmlakın müsadirəsi ilə bağlı təsəvvürlərini genişləndirməkdir.
Mövzu ilə bağlı aşağıdakı suallar ortaya çıxır:
Əmlakımız hansı hallarda müsadirə edilə bilər? Bununla bağlı qanunvericilik nə deyir? Cinayət törətmiş şəxsin əmlakı hansı formada müsadirə edilir?
"Müsadirə əslində geniş anlayışdır. Cinayət hüququ baxımdan yanaşsaq, vaxtilə cinayət məcəlləsində əmlakın müsadirəsi ilə bağlı cəza tətbiq edilirdi. Əmlakla heç bir bağlılığı olmayan cinayətdə də, şəxsin əmlakı tamamilə müsadirə oluna bilərdi. Şəxsin özü isə hətta sürgün olunurdu. Lakin qnunvericilik inkişaf etdikcə, cəmiyyətdə dəyərlər dəyişdikcə artıq mülkiyyətə qiymət verilməyə başlanıldı. Tədricən bu cəza növü dəyişikliyə məruz qaldı və əsasən cinayət yolu ilə əldə olunmuş əmlak müsadirə olunmağa başlandı. Dövriyyədə olunmasına yol verilməyən, yaxud məhdud dövriyyəsinə icazə verilən, ya da ki, əmlak(məs. narkotik vasitələr) cinayət yolu ilə əldə olunan əmlak (məs. rüşvət kimi alınan pul) müsadirə obyekti ola bilir. Bunlar cinayət üzrə maddi sübutlar hesab olunur. Lakin hazırda əmlakın müsadirəsi cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsindən çıxarılıb. Konstitusiyada "Əmlakın tam müsadirəsinə yol verilmir" deyə bir müddəa olsa belə, hazırda cinayət hüququ baxımdan əmlakın müsadirəsi cəzası ümumiyyətlə yoxdur".
Əmlak müsadirəsi deyə bir cəza növü yoxdur"....
"Əmlak müsadirəsi cəza olaraq ləğv edildikdən sonra xüsusi müsadirə anlayışı adı altında cinayət hüquqi xarakterli tədbir kimi cinayət məcəlləsinə daxil edildi. Cinayət Məcəlləsində cinayət hüquqi xarakterli tədbirlər mövcuddur. Bu tədbirlərdən biri də əmlakın xüsusi müsadirəsi ilə bağlıdır. Cinayət məcəlləsində xüsusi müsadirənin obyekti olan 4 növ əmlak göstərilib. Bu halda həm cinayət yolu ilə əldə olunmuş əmlak, həm də həmin əmlakın hesabına əldə olunan digər gəlirlər müsadirə olunur. Tutaq ki, şəxs cinayət yolu ilə əldə etdiyi əmlak vasitəsilə müəyyən qazanc əldə edib. Bu halda həmin qazanc da müsadirə olunmalıdır. Əgər şəxs cinayət olu ilə əldə etdiyi əmlakı satıb əvəzində başqa bir əşya alıbsa, həmin əşya müsadirə olunur. Bundan başqa hər hansı qeyri-qanuni fəaliyyət göstərən təşkilata hansısa yolla maliyyə və digər vəsait göndərilirsə, həmin vəsait də müsadirə olunur. Əgər qeyri-qanuni yolla əldə olunmuş əmlak şəxs tərəfindən istifadə edilərək talan olunubsa, bu zaman həmin əmlakın qarşılığında dəyəri ölçülməklə ona məxsus başqa əşya, əmlak müsadirə olunur. Xüsusi müsadirə cinayət törətmiş şəxsə aid edilir".
Müsadirə dövlət nəfinə əvəzsiz olaraq köçürülür"....
"Xüsusi müsadirə yalnız cinayət törətmiş şəxsə qarşı tətbiq oluna bilər. İnzibati xəta törətmiş şəxsə xüsusi müsadirə deyil, inzibati xətanın predmeti olmuş alət və vasitənin müsadirəsi tətbiq edilir. Həm də orada bu, tənbeh növü sayılır. Lakin xüsusi müsadirə cəza növü kimi qəbul edilmir. Sadəcə olaraq cinayət törətmiş şəxsin qeyri-qanuni yolla əldə etdiyi əmlak varsa, həmin əmlak müsadirə edilir. Bu bir cəza tətbiqi deyil. Lakin unutmaq lazım deyil ki, müsadirə dövlət nəfinə əvəzsiz olaraq köçürülür. Amma Məcəllə bu zaman ilk növbədə əmlakın qanuni sahibinə və ya iş üzrə zərər çəkmuş şəxsə vurulan ziyanın ödənilməsini önə alır. Məsələn, terrorçuluğun maliyyələşdirilməsinə yönələn hər hansı əmlak aşkar edildikdə, həmin vəsait hesabına ilk növbədə zərərçəkmişə dəymiş zərər ödənilir. Artıq qalan vəsait isə dövlət nəfinə keçirilir".
"Şəxsə dəymiş zərəri dövlət ödəmək məcburiyyətində deyil"....
"Unutmaq lazım deyil ki, şəxsə dəymiş zərəri dövlət ödəməli deyil. Dəymiş zərər cinayəti törətməkdə təqsirli bilinən şəxs tərəfindən ödənilməlidir. Cinayət Prosessual Məcəlləyə əsasən dövlətin üzərinə bir vəzifə düşür. O da vətəndaşa qarşı cinayət törədildiyi üçün kompensasiyanın verilməsidir. Bu belə izah edilir ki, dövlət vətəndaş qarşısında onu cinayətdən qorumaq vəzifəsini daşıyır. Hər bir vətəndaşa cinayətin xarakterindən asılı olaraq kompensasiya müəyyən olunur. Lakin xüsusi müsadirə məsələsində bir az fərqliliklər var. Bu zaman əmlakın qanuni sahibinə vurulan ziyanın ödənilməsi daha önə çəkilir ki, bu müddəanı nəzərdə tutan CM-nin 99-3-cü maddəsini bu baxımdan Bu mütərəqqi norma hesab etmək olar".
"Gömrükdə qanuni əmlak bəzi hallarda müsadirə obyekti olur"...
"Bəzi hallarda gömrük keçid məntəqələrində əmlakın müsadirəsi halları ilə qarşılaşırıq. Əslində bu məqamda qanunvericiliyə müəyyən düzəliş etməyə ehtiyac var. Bu məsələ ilə bağlı fikir ayrılıqları mövcuddur. Əgər şəxs həmin əmlakı cinayət yolu ilə əldə etməyibsə və Azərbaycanda dövriyyəsinə icazə verilirsə, gömrükdən keçid zamanı dəqiq miqdarı bəyan edilmədiyinə görə həmin əmlak müsadirə predmeti ola bilməz. Əmlakı bəyan etməmək cinayət sayıla bilər. Lakin burada hərəkətin özü cinayət tərkiblidir. Şəxsin əldə etdiyi əmlak isə müsadirə oluna bilməz. Çünki şəxs həmin əmlakı qanuni yollarla əldə edib".
Hiç yorum yok:
Yorum Gönder