SONUNCU VİDA



 (Bu gün beş ildir haqq dünyasındasan

Polkovnik ley.ƏLİF Yoldaşım)


Əlindən  tutub vidslaşıram,

Sənin ürəyinini son atışıdır.

Dəhşətdi bu anım sənsə xəbərsiz,

SONUNCU VİDAMIZ  SƏNLƏ BU GECƏ.


Üzümü söykədim üzünün üstə,

Sən can ustundəsən  mən isə xəstə,

Kənardan salmirda  bir kimsə səsdə,

SONUNCU VİDAMIZ SƏNLƏ BU GECƏ.


Təsəlli verirlər ,qohum qardaşda

Quranda oxuyur astadan,bacım,

Sükut içindədir UNİ  KliNİKA,

SONUNCU VİDAMIZ SƏNLƏ BU GECƏ.


Cənnət reyhanının xoş ətri gəlir,

Yaradan səbrimi nə böyük verib,

Bütün  arzularıım səninlə  ölür,

SONUNCU VİDAMIZ SƏNLƏ BU GECƏ.


Beləcə sübh çağı,Azan vədəsi,

Dayandı  ürəyin susdu əbədı,

Bizim bağımızi Əzrail kəsdi,

SONUNCU VİDAMIZ SƏNLƏ BU GECƏ …


Sara Göyçəli  (Şərifova)



Hiç yorum yok:

Yorum Gönder

Pages