Rzayev Faiq Hüseynağa oğlu 1975-ci il may ayının 13-də Bakı şəhərində anadan olmuşdur. Yasamal rayonu 150 nömrəli orta məktəbi bitirib 1993-cü ilin may ayının 14-də səfərbərliyə alınaraq hərbi xidmətə getmişdir. Əvvəlcə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Din erayonunda yerləşən hərbi hissəsində qulluq edən kiçik- cavuş Faiq 1994-cü il fevral ayında səhər tezdən Fizuli rayonunun Horadiz qəsəbəsinə yola düşmüşdür. Horadizdə qulluq edərkən cəsur əsgərlərimizdən təşkil olunmuş, Faiqin də daxil olduğu kəşfiyyat dəstəsi dəfələrlə düşmən tərəfinə keçərək uğurlu əməliyyatlar etmişlər. Onlar oradan qiymətli məlumatlar əldə etmiş, qulluq etdikləri hərbi hissənin müvəffəqiyyətli döyüşləri üçün əsaslı zəmin yaratmışlar. Ancaq növbəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi uğrunda gedən döyüşlərdə, kəşfiyyat zamanı Faiqin döyüşdüyü dəstə qəfildən mühasirəyə düşür. Mühasirəyə düşən dəstə döyüşərək mühasirədən çıxmağa çalışdığı zaman dəstənin üzvləri həlak olmuş, Faiq isə yaralanaraq bir gün sonra hərbçilərimiz tərəfindən mühasirədən çıxarılmış və hərbi hospitala yerləşdirilmişdir. Vəziyyətinin ağır olduğundan o, mart ayının 21–i Bakıya Sabunçu xəstəxanasına gətirilmiş, xəstəxanada 5 saat qaldıqdan sonra gözlərini bu dünyaya əbədi yummuşdur.
Faiq Rzayev öz ölümü ilə şəhidlik zirvəsinə ucalmışdır.
Bakı Şəhər Xalq Deputatları Sovetinin Rəyasət heyətinin 24 iyun 1994-cü il 7/78 nömrəli Qərarı ilə Yasamal rayonu 150 saylı orta ümumtəhsil məktəbinə Faiq Hüseynağa oğlu Rzayevin adı verilmişdir. Məktəbin qarşısında şəhidin büstü qoyulmuş ətrafında ağac və güllər əkilmişdir.
Şəhid ruhu müqəddəsdir, o ən uca zirvədə dayanan bir hörmətə layiqdir. Bu müqəddəs ruhun qarşısında baş əymək hər bir azərbaycanlının borcudur
Allah rəhmət eləsin məkanı cənnət olsun.Amin
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder