Şəhid Asim Quliyevin doğum günüdür.


Bu gün 2 mart Şəhid Asim Quliyevin doğum günüdür. Azərbaycan Silahlı Qüvvələrinin Əsgəri olan Asim Bəkir oğlu Quliyev 1996 - cı il martın 2 - də Bakı şəhərində anadan olub. 2011 - 2013 - cü illərdə Sumqayıt şəhərində kompüter ixtisası üzrə kollecdə təhsil alıb. Orta məktəbdə oxuyarkən idmana böyük həvəsi böyük olduğundan boksla məşğul olub. Bakı üzrə keçirilən yarışlarda 1 - ci, Respublika üzrə keçirilən yarışlarda 2 - ci yeri qazanıb. 2015 - 2016 - cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub və xidməti dövründə 2016 - cı ilin "Aprel döyüşləri"ndə iştirak edib. Asim Quliyev 2020 - ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 12 - də Hadrut istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına Şəhid olub. Asim Quliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3 - cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

ALLAH rəhmət eləsin

Hiç yorum yok:

Yorum Gönder

Pages