Santuş Azərbaycanda 20 ilin ilkinə imza atdı - Baş məşqçiyə suallar var


Azərbaycan millisinin Haiti və Belarusla yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.

Fernandu Santuş azərbaycanlı futbolsevərləri sözün əsl mənasında təəccübləndirməyi bacarıb.

Xeyli vaxtdır ölkənin bir nömrəli futbol komandasında bu qədər yeni ad görmürdük.

Şanlı formada bu günə qədər debüt etmək imkanı olmayan Mert Çelik 3 illik fasilədən sonra yenidən yığmanın sıralarında olacaq.

Rəhman Daşdəmirov, Xəyal Əliyev, Ağadadaş Salyanski və Şahin Şahniyarov ilk dəfə Azərbaycanın əsas millisinin məşqlərində iştirak edəcək.

Debütantların sınaq matçlarında şans qazanıb-qazanmayacaqlarından asılı olmayaraq, düşərgəyə dəvət olunmağın özü xoş haldır.

Şahinin başına gələn Azərbaycan futbolu tarixində ilkdir. Belə ki, son 20 ildə əcnəbi mütəxəssislərdən heç kim aşağı liqalardan A milliyə futbolçu cəlb etməmişdi.

I Liqa təmsilçisi “Qəbələ”nin şərəfini qoruyan 20 yaşlı yarımmüdafiəçi Santuşun sayəsində adını futbol tariximizə yazdırıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages