Salman Əliyev kimi xeyirxah insanı unutmayaq!




Əslən İsmayıllı rayonundan olan Salman Əmirxan oğlu Əliyev təpədən dırnağa kimi sağlam əqidəli insandır. O, Bakının Keşlə qəsəbəsində böyüyüb, ali təhsil alıb. Harda işləyibsə daim başucalığı gətirib. Salman Əliyev əsası 1993-cü ildə qoyulan Gəncliyə Yardım Fondunun qurucularındandır.O, uzun müddət bu Təşkilatın vitse-prezidenti vəzifəsində çalışıb. Hazırda təqqaüdçüdür. Ömür-gün yoldaşı, həm də iş yoldaşı Dostuxanımı vaxtsız itirən Salman müəllim sonralar ailə həyatı qurmayıb. Ömrünü övladlarına və nəvələrinə həsr edib.
Martın 15-i dəyərli Salman Əliyevin doğum günüdür. Biz, dostların adından dəyərli Salman Əliyevi təbrik edir, ən xoş arzularımızı bildiririk.
3-cü sektorun başbilənlərinə iradım var: Gəncliyə Yardım Fondu, həmçinin, Fondun sabiq Vitse-prezidenti Salman Əliyev həmişə bizlərə dəstək olub. Salman müəllimi unutmayaq! Təşkil etdiyimiz tədbirlərə dəvət edək. Onu inandıraq ki, biz, Sizin xətrinizi çox istəyirik.
Bir daha doğum gününüzü təbrik edirik!

Dostlar adından:
Şamil Sabiroğlu, jurnalist

Hiç yorum yok:

Yorum Gönder

Pages