Rüfət Zülfüqar oğlu. Ehmedzadə Bakıda anadan olub. Atası xalq düşməni kimi həbs edilib və ailə Balakən rayonuna köçüb. Əmək fəaliyyətinə erkən yaşlarında orada başlayıb. 13 yaşında səyyar kinomexanik vəzifəsində çalışıb. Bakıya döndükdən sonra pionerlər evində direktor vəzifəsində çalışıb və mətbuatda müxtəlif şeirləri ilə çıxış edib. Bədii yaradıcılığa 1953-cü ildə “Əziz Bayram” şeiri ilə başlayıb. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. "Kirpi" satirik jurnalının redaktoru Əvəz Sadıq onu jurnala dəvət edir və o, ömrünün sonuna qədər bu jurnalda çalışır. Korrektor vəzifəsindən baş redaktorun müavini vəzifəsinə qədər yüksəlib. 11 kitab, 4 musiqili komediya ("Sizin ilə, gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş", "Hələlik"), televiziya tamaşaları və yüzlərlə satirik televiziya novella-səhnəciklərin müəllifidir. Şeirlərinə mahnılar bəstələnib. Rüfət Əhmədzadə 1988-ci ildə vəfat edib.
Filmoqrafiya:
Sonuncu məhəbbət (1985, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
Gülüş sanatoriyası (1989, tammetrajlı film-tamaşa) – əsərindən istifadə olunub
Şirbalanın məhəbbəti (1991, tammetrajlı bədii film) – əsərindən istifadə olunub, mahnı mətni müəllifi
Bu, mənəm, mən deyiləm? tammetrajlı film-tamaşa) – ssenari müəllifi
Hiç yorum yok:
Yorum Gönder