Rejissor Emirhüseyn Məcidovun anım günüdür.




Emirhüseyn Ağaqulu oğlu Məcidov Xızının Tudar kəndində anadan olub. Kitabxanaçılıq Texnikumunda (1961), Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili teatr aktyoru şöbəsində (1962-1968, Mehdi Məmmədov, Soltan Dadaşovun kursu) təhsil alıb. Əmək fəaliyyətinə tələbəlik dövründə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında başlayıb (1963-1967). Əlisəttar Atakişiyevin yanında işləyib. 1967-ci ildən ömrünü televiziyaya bağlayıb. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor işləyib. “Təbliğat və sovet həyat tərzi” baş redaksiyasında “Evrika”, “Sağlamlıq”, “Odlar diyarı”, “Şimşək”, “Səadət qadınlar klubu” və başqa verilişlər hazırlayıb. 1970-ci ildə “Ədəbi dram” verilişləri baş redaksiyasına keçib. İlk rejissoru olduğu “Ozan” verilişi milli dəyərləri ekranda canlandıran veriliş kimi tamaşaçılar tərəfindən maraqla qarşılanardı (1981). “Ozan”ın 7-ci sayı ekranda göstəriləndə onu dövlət mükafatına təqdim ediblər. Bu verilişin ünvanına hər ay 7000 çox məktub gəlirdi. Bu, Milli Televiziya tariximizdə unikal bir hadisə idi. Onun daha bir uğurlu işi vətənpərvərlik ruhunda hazırlanan müəllifi və rejissoru olduğu " Durna teli" verilişi idi. Əmirhüseyn Məcidov 1994-cü ildə televiziyadan çıxaraq Vahid studiyasının direktoru olub. Daha sonra “Azersun Holding”də mətbuat müşaviri işləyib. Onun rejissorluq fəaliyyətindən 200-dən artıq bədii-publisist verilişlər, telefilmlər saxlanılır. 5 kitab müəllifidir. Pyesləri müxtəlif teatrlarda tamaşaya qoyulub. "Mikayıl Müşfiq" xatirə mükafatının təsisçisidir. "Araz" ədəbi ali mükafatına layiq görülüb. 1992-ci ildə uzun sürən xəstəlikdən sonra 24 yaşlı oğlu Elşən dünyasını dəyişib. O zamandan etibarən Elşən adını özünə təxəllüs kimi götürüb. Əmirhüseyn Məcidov 2006-cı ildə vəfat edib.
Rejissor Əmirhüseyn Məcidov rejissor İman Məcidovun atasıdır.

Filmoqrafiya:
Sehrli xalat (1964, tammetrajlı bədii film) – rejissor köməkçisi
Həyat, sən kiminsən? (1972, qısametrajlı bədii film) – rejissor
Mədəniyyət salnaməsi (2001-2004, sənədli serial) – rejissor

Hiç yorum yok:

Yorum Gönder

Pages