Ulu Naxçıvanın Azərbaycana bəxş etdiyi insanlardan biridir pedaqoq Qulu Novruzov! Qulu müəllim uzun müddətdir təhsil sahəsində çalışır. Hazırda Azərbaycan Gömrük Akademiyasının Rektorudur. O, General-mayor rütbəsində Azərbaycan xalqına xidmət edir.
Akademiyada çalışan dostlarım, həmçinin, tələbə-gənclər Qulu Novruzovdan razılıq edirlər.
Dəyərli Qulu müəllim, doğum gününüzlə əlaqədar Sizi ürəkdən təbrik edir, ən xoş arzularımı bildirirəm. Sözümü unudulmaz şairimiz Osman Sarıvəllinin iki misrası ilə tamamlayıram:
"Hər kəs yüz il yaşamasa,
Günah onun özündədir!"
Əziz və xeyirxah insan, 100 yaşayasız, özü də sağlam canla!
Hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu, jurnalist.
Bakı, 07.03. 2025.
Hiç yorum yok:
Yorum Gönder