Qəhrəmanlar diyarı Vedibasar mahalından.




Mahalın yaxın tarixinə adını əbədi həkk etmiş Abbasqulu bəy Şadlinski, Kərbəlayi İsmayıl, Qəmlo, Milli gəhraman Mirəliəkbər Mirəliəskər oğlu kimi qəhrəman oğulların adını çəkmək və onların erməni daşnaklarına qarşı mübarizəsini xatırlamaq kifayətdir.
Azərbaycan Resbublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Həsən oğlu Eyyubov belə bir elin övladı, belə qəhrəmanların varisidir.
Dövlətinə, Xalqına və Prezidentinə sədaqətlə xidmətin simvoluna çevrilən hörmətli Generalımızı ad günü münasibətilə ürəkdən təbrik edir, Ona cansağlığı, çətin və şərəfli işində uğurlar arzulayıram!
Rəbbim xeyirli, gözəl, sağlam, uzun və imanlı illər nəsib etsin!
Bəylər Həsən oğlu Eyyubov hər zaman Dövlətinə, Xalqına, Ümummilli Liderimizə və Ali Baş Komandanımıza sədaqəti, Azərbaycan dövlətinə və dövlətçiliyinə xidməti və Şəxsiyyətinin bütövlüyü ilə nümunə olmuşdur.
Lakin bəlkə də çox az adam bilir ki, Bəylər Eyyubovun babaları Eyyub Həsən oğlu və Seyid Əli 1918-1920-ci illərdə Vedibasar mahalının Millidərə kəndlərinin erməni daşnaklarından müdafiəsində, Kotanlı igidlərinin bu mübarizə üçün səfərbər edilməsində misilsiz xidmət göstərmişlər. Kotanlı kəndinin ən nüfuzlu tayfalarından biri Seyidlər tayfası olmuş və kənd bu tayfanın adı ilə Seyidlər Kotanlısı və ya Seyid Kotanlı adlanmışdır. Bu tayfanın görkəmli nümayəndəsi olan Seyid Əli və dostu Eyyub Həsən oğlu sovet dövründə Kotanlı kəndində müxtəlif rəhbər vəzifələrdə işləmişlər. Doqquz oğul atası olan Eyyub kişinin böyük oğlu Həsən sonralar Seyid Əlinin qızı Əsli xanımla ailə qurmuşdur. Onların övladları babalarının 1918-1920-ci illərdə ermənilərə qarşı mübarizədə göstərdiyi igidliyi 1988-ci ilin mayında məşhur Şirazlı hadisələri zamanı bir daha təkrar etmişlər...
Təbrik edirəm!
Səmimi hörmətlə,
Admin Xəyalə.

Hiç yorum yok:

Yorum Gönder

Pages