Bakmiltv.info yerli mediaya istinadla bildirir ki, 53 yaşlı kişi tezliklə məhkəmə qarşısına çıxacaq.
İstintaqın məlumatına görə, 2023-cü ilin dekabrında Perm sakini spirtli içki qəbul edərkən bacısı ilə mübahisə edib. O, oğlu ilə birlikdə qadına hücum edərək onu boğub.
- Uşağından bezən ana onu başqa qapıya atdı
- Məhkəmə xarici agent kimi tanınan Rövşən Əsgərovun hesablarını dondurdu
- Azərbayanda daha bir uşaq qızdırmadan öldü
Cinayəti gizlətmək üçün ata-oğul meyiti Motovilixa rayonunda yerləşən fərdi yaşayış evinin zirzəmisində gizlədiblər. Meyit bir il əvvəl, 2024-cü ilin martında tapılıb.
Şübhəlinin oğlunun hadisə zamanı anlaqsız olduğu açıqlanıb. Kişinin işi ayrıca icraata ayrılıb.
Müstəntiqlər iddia edilən qatillə bağlı kifayət qədər sübutlar toplayıblar, iş materialları məhkəməyə göndərilib və yaxın vaxtlarda orada baxılacaq.
Hiç yorum yok:
Yorum Gönder