Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İradə Nizami qızı Xəlilovanın mart ayının 15-də 54 yaşı tamam oldu.
Xəlilova İradə Nizami qızı 1971-ci ildə Bakı şəhərində anadan olub. 1986-1991-ci illərdə Asəf Zeynallı adına Musiqi Kollecində, 1991-1996-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının “Solo oxuma” fakültəsində təhsil alıb. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Xor Kapellasında, 1994-1999-cu illərdə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının nümunəvi göstərici hərbi orkestrində solist ( baş zabit ) vəzifəsində çalışıb. 1999-cu ildən ADMİU-nun Musiqili Teatr Aktyoru kafedrasında müəllim vəzifəsində çalışır. 2006-cı ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb. 2007-ci ildən ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının dosentidir. 2021-ci ildən ADMİU-nun Musiqi sənəti fakültəsinin dekanı vəzifəsini tutur. Yerli və xarici mətbuatda dərc olunan çoxlu sayda məqalə və proqramın müəllifidir. Şagird və tələbələri Beynəlxalq müsabiqələrin laureatı olub. İki tələbəsinin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılmaqla onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.
Çox hörmətli İradə xanımı doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,ona möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətində yeni -yeni uğurlar arzulayır.
Dərin hörmətlə və səmimiyyətlə: Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder