Bu gün — azərbaycanlı müstəqil jurnalist, "Qızıl qələm" və Həsən bəy Zərdabi mükafatı laureatı, "Monitor" jurnalının yaradıcısı və baş redaktoru Elmar Sabir oğlu Hüseynovun “ANIM GÜNÜDÜR”
Elmar Sabir oğlu Hüseynov 17 iyul 1967, Bakı şəhrində anadan olmuşdur.
Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı bir sui-qəsd nəticəsində qətlə yetirilib. Çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist, 2005-ci il martın 2-də, saat 21:00 radələrində, işdən evə qayıdarkən yaşadığı Bakı şəhəri, Nizami rayonu Qara Qarayev küçəsi 39 nömrəli evin üçüncü mərtəbəsində naməlum şəxs tərəfindən yaxın məsafədən odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişib
Elmar Hüseynov ailəli idi. Ölümündən sonra həyat yoldaşı və Aslan adlı bir oğlu qalıb. Atası qətlə yetiriləndə Aslan 1 yaş, 4 aylıq idi. 2006-cı ilin sonlarında jurnalistin ailəsi Norveçdən siyasi sığınacaq alaraq, bu ölkəyə mühacirət ediblər
.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Xankəndi şəhər və Xocalı rayon şöbəsi və Bakı Mill Televiziyası,"Bakmiltv.info"
Hiç yorum yok:
Yorum Gönder