Əmirəli Yusifov kimi xeyirxah insanları Allah özü qorusun!




35 ildən çoxdur tanıyıram həkim-neyrocərrah Əmirəli Yusifovu. Biz onunla cəbhə xəttində, Xocalı rayonunun Cəmilli kəndində tanış olmuşuq. 1991-ci ilin yayında doktor Yusifov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişinə əsasən Xocalıda qısamüddətli ezamiyyətdə idi. O, Xocalı sakini, doktor Məmməd Nağıyevlə birgə yerli əhaliyə nümunəvi xidmət göstərirdi. Sonradan bu tanışlıq dostluğa çevrildi.
Doktor Ə.Yusifov hazırda Bakıdakı 1 nömrəli Kliniki Mərkəzdə həkim-cərrah olaraq çalışır.Respublika Səhiyyə Nazirliyinin rəhbərliyi, həmçinin, TƏBİB-in rəhbərliyi Əmirəli həkim kimi dəyərli tibb işçilərini axtarıb tapmalı, onlara sağlığında ikən zəruri dəstək göstərməlidir.
Martın 25-i dəyərli Əmirəli həkimin 65 illik yubileyidir. Əziz insan, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəalları və dostlar adından Sizi ürəkdən təbrik edirəm. Siz, həm yaxşı insansız, həm də istedadlı tibb işçisisiz. Allah özü Sizi və ailə üzvlərinizi pənahında saxlasın.Amin.

Hörmətlə,
Şamil Sabiroğlu,
Bakı

Hiç yorum yok:

Yorum Gönder

Pages