Bakmiltv.info xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı ehtiyatda olan polkovnik Elmar Hüseynov olub.
O, bu günlərdə 33 illiyi anılan erməni vəhşiliyinin nümunəsi – Xocalı soyqırımından danışıb, 1-ci Qarabağ savaşı zamanı 1990-cı ildə Xocalı aeroportunun erməni-rus hərbçilərindən təmizlənməsində və terror aktlarının qarşısının alınmasında aktiv iştirak etdiyini, həmin hadisələrdən sonra daşnak Zori Balayanın bir daha Qarabağa ayaq basmadığını söyləyib.
Onun sözlərinə görə, 2-ci Qarabağ savaşında, 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun dağılmaz olduğu mifi məhv edildi: “Məğlubedilməz Ermənistan ordusu mifi hələ 2016-cı ilin aprelində dağılıb. Azərbaycan ordus öz torpaqlarını müdafiə etməyə qadir olduğunu sübut edib. Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyada nümunə göstərilir”.
Uzun illər müxtəlif zabit vəzifələrində xidmət etdiyini, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə terrorla mübarizədəki xidmətlərinə görə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunduğunu deyən ehtiyatda olan polkovnik Ermənistanın xarici ölkələr tərəfindən silahlandırıldığını bildirib: “Ermənistanda “silahlanma yarışı” gedir. Onlar silah alveri edirlər. Fransa və Hindistandan aldıqları silahı Rusiyaya satırlar. Azərbaycan isə ölkəni qorumaq üçün silah alır. Biz qonşularımızla sülh şəraitində yaşayırıq və yaşamaq istəyirik. Ermənistan həmişə xarici qüvvələr üçün regionda gedən proseslərə təsir vasitəsi olub. Ermənistanın bundan sonra qırmızı xətti keçmək ehtimalı olarsa, bölgədə yeni hərbi toqquşma ehtimalı yarada bilər”.
E.Hüseynov Azərbaycanda gənclər arasında hərbi vətənpərvərlik ruhundan, Qərbi azərbaycanlıların doğma yurda qayıdışından danışıb və bildirib ki, Azərbaycan gəncləri öz ölkəsinin vətənpərvərləridirlər. Qərbi Azərbaycan kökənli gənclər öz ata-baba yurdlarına qayıtmağa can atırlar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə martın 4-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.
Hiç yorum yok:
Yorum Gönder