Mayor İlham Rzayev: Yaşasaydı bu gün 65 yaşını qeyd edəcəkdi.



 Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, Azərbaycan Respublikasının  müharibə veteranı olmuş- mayor  Rzayev İlham  Adil oğlu əgər yaşasaydı  2025- ci illin  mart ayının 24-də 65 yaşını qeyd edəcəkdi .

Ömrünü gününü Vətənin bütövlüyünə,xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır.Belə vətən təəssübü çəkən insanlardan biridə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında şərəfli xidməti yolu keçmiş, haqsevər, torpağına  və xalqına  bağı gözəl  insan olmuş, mayor  Rzayev İlham Adlı oğlu idi

 İlham Rzayev öz işində əzimkar bilikli, işgüzar,obyektiv, pirinsipial, qayğıkeş,xeyirxah,vətənpərvər, yaxşı ailə başçısı və  təvazökar  insan,  fədakar avtomobilist kimi tanımışdır.

 İlham  Rzayev əməli işi, insanlıq naminə fədakarlığı ilə ürəklərdə əbədi yaşayan, Azərbaycan zabitinə  xas bir çox nəcib xüsusiyyətləri öz şəxsiyyətində birləşdirən yüksək  təcrübəli          avtomobilist və qayğıkeş zabit  idi

İlham aRzayev haqqında sadalanan  bütün müsbət keyfiyyətləri bir tərəfdən  öz zəhməti, biliyi, təcürbəsi və əməyi ilə qazanmışdır.Azərbaycan  Respublikasının müharibə veteranı idi.

Rzayev İlham Adlı oğlu 1960-cı ilin  mart ayının 24-də  Azərbaycan Respublikasının Göycay rayonunda zəhmətkeş bir ailədə anadan olmuşdur.   

Sakit təbiətli, öz işinin peşəkarı olan, yalnız qərarı qəbul etməyi bacaran mayor  İlham Rzayev 1992-2013-cü illərdə Daxili Daxili  İşlər Nazirliyi Qoşunların  Binəqədi, Nərimanov, Sabunçu və Quba rayonlarında yerləşən hərbi hissələrində avtomobil və zirehli texnika xidməti rəisi, hərbi hissə komandirinin silah və texnika üzrə müavini Daxili Qoşunların Baş İdarəsinin  Avtomobil və Zirehli texnika şöbəsində  baş  zabit vəzifələrində  Vətənə, dövlətə və xalqa sədaqətlə  xidmət etmişdir.

 İlham  Adlı oğlu Rzayevin Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri həmişə əvəzsiz idi.O,yüksək peşəkarlığı,dərin zəkası,gözəl nitq qabiliyyəti,  humanistliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi,təşkilatçılıq bacarığı,iradı və mənəvi keyfiyyətləri  ilə həmişə seçilən zabitlərdən biri olmuşdur. 

 İlham  Rzayev həmişə öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına  əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsi işində daimi nümünə  olmuşdur.

Dövlətçiliyimızın möhkəmləndirilməsi ücün var qüvvəsi ilə yorulmadan calışmış  İlham Rzayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim -metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.

İ.Rzayev  Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili Qoşunlara həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

Öz vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş  və ictimai sıyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, nümunəvi  xidmətinə  və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və səmərəli fəaliyyətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı döş və yubiley nişanları ilə, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılmış və ona təşəkkür elan edilmiş və aşağıdakı medallarla təltif olunmuşdur:

1."Qüsursuz xidmətə görə”  3- cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

 2.”Qusursuz xidmətə görə 2-ci  dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

3.”Qusursuz xidmətə görə” 1-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının    10-iliyi (1991-2001)”yubiley medalı ilə; 

5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90-illiyi (1918-2008)”yubiley medalı ilə.

İlham  Rzayevin ölümündən 3 ildən çox ötməsinə baxmayaraq, onun qoyub getdiyi ədəbi irs, xalqmızın,vətənmizin yolunda göstərdiyi fədakarlıq onu zirvələrə qaldırmış, əbədi yaşarlığa qovuşdurmuşdur!

Hal-hazırda haqq dünyas  olan Rzayev İlham Adlı oğlunun əziz ruhu hər zaman onu tanıyanların,sevənlərin yadaşında hafizəsində əbədi yaşayacaq.Onun əziz xatirəsi  doğmalarının, yaxınlarının,tanışlarının, iş yoldaşlarının, həmçinin Respubilka ictimayyətin yadaşında həmişə yaşayacaq, daimi  hörmətlə xatırlanacaq və yad ediləcəkdir.

Belə  vicdanlı  oğlanları ilə tanınır Vətən.!


RZAYEV İLHAM ADİL OĞLUNA ALLAH RƏHMƏT ELƏSİN!RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN!

 

Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə  Veteranı peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages