İstanbulda sosial şəbəkələrdə insanları qanunsuz aksiyaya çağıran 138 şübhəli saxlanılıb


İstanbulda Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra sosial media vasitəsilə insanları aksiyaya çağıran 138 şübhəli saxlanılıb.

“Bakmiltv.info” “Haber Global”a istinadən xəbər verir ki, polis 21-24 mart tarixləri arasında sosial şəbəkələrdə insanları küçəyə çağıraraq vətəndaşlarda qorxu və təşviş yaradan, nifrət və düşmənliyə sövq edənlərə qarşı fəaliyyətə başlayıb.

Əməliyyat tədbirləri zamanı martın 21-də üç şübhəli saxlanılıb. Onlar məhkəmənin qərarı ilə həbs olunublar.

Martın 22-də saxlanılan 58 şübhəlidən altısı ev dustaqlığına buraxılıb, ikisi isə həbs edilib. Digər şübhəlilər də şərti olaraq sərbəst buraxılıblar.

Martın 23-də beş şübhəli saxlanılıb. Onlardan biri həbs olunub.

Martın 24-də saxlanılan 72 şübhəli ilə bağlı araşdırmalar davam etdirilir.

Hiç yorum yok:

Yorum Gönder

Pages