Azərbaycanda əhalinin ziyalı təbəqəsi, tələbə-gənclər, xüsusən, hüquq sahəsində çalışanlar İlyas İsmayılovu hörmətlə xatırlayırlar. İlyas müəllim 1938-ci il martın 20-də Tovuz şəhərində doğulmuşdu.Hüquq elmləri doktoru, Professor idi.O, Tovuz rayonunun yetirməsi, farmakologiya sahəsində ilk azərbaycanlı qadın elmləri doktoru, Professor kimi tarixə düşmüş Zəkiyyə İsmayılova ilə ailə həyatı qurmuşdu. Onların 2 oğul övladları vardı: Etimad və Mətin. Etimad İsmayılov sahibkarlıq fəaliyyəti ilə məşğul idi.2011-ci ildə Azərbaycanın istedadlı jurnalistlərindən biri-xanım Sevil Nuriyeva ilə nişanlanmış və ailə həyatı qurmuşdu. Bundan sonra ailə üzvlərinin razılığı ilə Türkiyənin İstanbul şəhərinə köçmüşdülər. Etimad bəy biznesini İstanbuldan idarə edirdi.O, 2018-ci ilin sentyabr ayında İstanbul yaxınlığındakı ofisində Azərbaycan Respublikası DİN-in sabiq əməkdaşı, polkovnik Gözəl Dəmirov tərəfindən qətlə yetirilmişdi.
Etimad bəyin atası-İlyas İsmayılov Azərbaycan Respublikasının Baş Prokuroru və Ədliyyə Naziri işlədiyi müddətdə insanların böyük rəğbətini qazanmışdı. Oğlu Etimad bəyin faciəli surətdə ölümü bir valideyn olaraq İlyas müəllimə çox pis təsir etmişdi. O, 2025-ci il fevralın 17-də Bakıda dünyasını dəyişdi.
Martın 31-i Azərbaycanın sevilən ziyalı oğlu, vətənpərvər İnsan, İctimai və siyasi xadim İlyas Abbas oğlu İsmayılovun 40 mərasimidir. Şəxsi tanışlığımız olmasa da, bu işıqlı İnsan haqqında həmişə gözəl fikirlər eşitmişəm.
Ruhun şad olsun, Azərbaycanın ləyaqətli, ədalətli, işgüzar və vətənpərvər oğlu-dəyərli İlyas müəllim!
Ruhuna hörmət və ehtiramla:
Şamil Sabiroğlu,
Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu, jurnalist.
Hiç yorum yok:
Yorum Gönder