İctimai-siyasi xadim Qənirə Paşayevanın 50 illik yubileyidir!




Deyirlər ki, makedoniyalı İsgəndər belə bir vəsiyyət edibmiş:"Mən dünyamı dəyişərkən insanların görmələri və ibrət götürmələri üçün bir əlimi açıq və içi boş qoyun.İnsanlar görsünlər ki, dünya fatehi dünyadan əliboş getdi..."
Heç fərqinə varmısızmı ki, insanların başlarına od ələyənlərin, müharibələri qızışdıranların, haqqımızı tapdayanların sonu necə olub?
Mənə elə gəlir, mərhumə Qənirə Paşayeva sağlığında ikən Cənnəti qazanmışdı. Onun həyata baxışı tam başqa idi: xətrimi çox istədiyindən(ruhu şad olsun!), dəvətimi qəbul edər milli ruhda təşkil etdiyim tədbirlərə hazırlıqlı şəkildə gələrdi. Həm çıxış edər, həm də tövsiyələrini verərdi. Biz Qənirə xanımla həm də Türkiyədə keçirilən və Xocalı soyqırımına həsr olunan tədbirlərdə görüşərdik. Tez-tez təkrar edərdi:"Şamil qardaş, Xocalı düşmən tapdağından azad edilsin, birgə gedəcəyik o müqəddəs torpağa." Mənə elə gəlir, Qənirə PaşayevaTürk dünyasının birliyi naminə əziz canını qurban verdi. Sağ olsaydı, martın 7-i Qənirə xanımın 50 illik yubileyini qeyd edəcəkdik.
Allah-Təala ruhunu şad eləsin. Amin.

Şamil Sabiroğlu, jurnalist.

Hiç yorum yok:

Yorum Gönder

Pages