Gəncə şəhər 1 nömrəli uşaq Gənclər İdman Şahmat məktəbində futbol növü üzrə birincilik yarışı keçirilib.




Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin təqvim planına uyğun olaraq ATİAHİ Gəncə şəhər komitəsinin dəstəyi ilə 5 Mart Bədən tərbiyəsi və idman gününə həsr olunmuş Futbol idman növü üzrə daxili birincilik keçirilib.

  2014/2015-ci il təvəllüdlü oğlanlar arasında təşkil olunan birincilikdə 10 komanda Play-Off  sistemilə mübarizə aparıb. Üç günlük gərgin mübarizə şəraitində keçən görüşlərdə “Yeni Gəncə” komandası finalda "Offside" komandasını penalti vuruşlarında 5:3 hesabı ilə üstələyərək birinciliyin qalibi adını qazanıb.İkinci yerdə "Offside" komandası, üçüncü yerdə isə "Ruslan" komandası qərarlaşıb.

Oyunlardan sonra təltifetmə mərasimi keçirilib.Növbə ilə çıxış edən 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru,Şöhrət Ordenli Ramil Qasımov və ATİAHİ Gəncə şəhər komitəsinin rəhbəri Niyazi Nəbiyev idmançıları təbrik edərək onlara daha mötəbər turnirlərin qalibi olmalarını arzu ediblər. Daha sonra müvafiq olaraq ilk üç yeri tutan komandaların üzvlərinin diplom,medal və həvəsləndirici hədiyyələri təqdim edilib. 


Sonda komandalarla xatirə şəkli çəkdirilib.


Yarışın təşkilat komitəsinin sədri və baş hakimi, Respublikanın Əməkdar  Məşqçisi, Respublika Dərəcəli  Hakim, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, SSRİ idman ustası- istefada  olan mayor Faiq Məmmədov 

Hiç yorum yok:

Yorum Gönder

Pages