“Fədakar Zabit Ömrü”




Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: “Hər bir şəhid bizim üçün böyük itkidir, onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daimi yaşayacaqdır”.

 16 mart birinci Qarabağ Müharibəsi şəhidi peşəkar  zabit, “Unudulmaz  hərbi hissə komandiri” baş leytenant Atamoğlan Nuriyevin ildönümüdür. Atamoğlan  Nuriyevin şəhidlik zirvəsinə ucalmasıdından 32 il ötür. 

Yüksək hərbi peşəkarlığı humanistliyi, iradı, dəqiqliyi, təmkinliyi, səmimiyyəti,  işgüzarlığı, mənəvi keyfiyyəti, prinsiplərinə sadəliyi və vətənpərvərliyi, səmərəli fəaliyyəti ilə seçilən, Nuriyev  Atamoğlan Baba  oğlunun mart ayının 16 -da  şəhid  olduğu günüdür.

Vətənə  müqəddəs borcunu şərəflə yerinə yetirmiş    Atamoğlan Nuriyev 1993-cü illin   mart ayının 16-da Ağdam rayonunun Qalayçılar kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq itkin düşmüşdür.  16 mart 1993-cü ildə vəfat etməsi barədə ona Azərbaycan Respublikasının Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-1 nömrəli 648932 saylı şəhadətnamə, 1993-cü illin  oktyabr ayının 15-dən  isə Şəhidlik statusu verilib. Neftçala rayon Bankə qəsəbəsinin bir küçəsi  Nuriyev Atamoğlan Baba oğlunun adını daşıyır.

Qeyd edək ki, “Məzarsız  Şəhidimiz” Atamoğlan Nuriyev 1967-ci ilin  fevral ayının 8-də  Neftçala  rayonunun Kürkənd kəndində zəhmətkeş ailədə anadan olmuşdur. O, doğulduğu   kəndin orta məktəbini və Ukrayna Respublikasının Xarkov Tank  Ali hərbi məktəbini bitirmişdir.

Atomoğlan Nuriyev Xarkov Ali Tank komandirlər məktəbini bitirdikdən sonra 1992-ci illin iyun ayına kimi SSRİ Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının Belarusiya Respublikasının Baronoviç şəhərində yerləşən hərbi hissələrin birində müxtəlif vəzifələrdə  xidmət etmişdir.

Azərbaycan  Respublikasının suverenliyi  və ərazi bütövlüyünün qorunması üçün 1992-ci ildə Ali Hərbi məktəbləri bitirmiş peşəkar zabitlərə ehtiyacı olduğu bir zaman Atomoğlan Azərbaycan Respublikasına növbəti məzuniyyətə gələrkən Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanına müraciət etdikdən  və lazımi  sənədləşdirmə işləri aparılqdan sonra 1992-ci ilin avqust ayının 20-dən 1992-ci illin avqust ayının 20-dək Daxili  Qoşunlar komandanın sərancamıda olmuşdur.

1992-ci ilin avqust ayının 20-dən 1993-cü illin yanvar ayının 25-nə kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunların Əlibayramlı (Şirvan) şəhərində  yerləşən tədris alayında Zirehli texnika xidmətinin rəisi,1993-cü ilin yanvar ayının 25-dən isə  Əli Bayramlı (indiki Şirvan) şəhərində yerləşən hərbi hissənin komandiri vəzifəsində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edərək ona göstərilən etimadı layiqincə doğrultmuşdur.

Atomoğlan Nuriyev Daxili Qoşunların Əli Bayramlı  şəhərində yerləşən tədris alayında xidmət etdiyi illər ərzində hərbi hissə komandirinin müvafiq əmrləri ilə 3 (üc) dəfə Azərbaycanın  Respublikasının  müstəqilliyinin qorunmasıda iştirak etmək üçün Ağdam rayonunda xidməti ezamiyyətlərdə olaraq ona həvalə olunmuş vəzifə və tapşırıqları layiqincə yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmişdir.

Daxili Qoşunlar komandanın göstərişinə əsasən Atamoğlan Nuriyev və Daxili Qoşunların bir sıra hərbi hissə komandirləri və zabitləri (polkovnik Ağakişi Adıgözəlovla, polkovnik Akif Cəfərovla, mayor Ağazər Abdullayevlə və.s) ilə birlikdə 1993-cü ilin  mart ayının 16-da  Ağdam rayona  döyüş bölgəsinə ezam olmuş və  Atamoğlan Nuriyev Qalayçılar kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq  itkin düşmüşdür.

Atamoğlan Nuriyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insanpərvər, əliacıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Şəhid  zabitmiz  Atamoğlan Nuriyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andin,  hərbi  və  Daxili Qoşunların döyüş xidməti nizamələrinin tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi  işində, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçulara və öz tabeliyində olanlara şəxsi nümünə olmuşdur.

Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara  həvalə olunmuş vəzifə və  tapşırıqların  yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqları yüksək səviyyədə məsuliyyət və  şərəf hissi ilə yerınə Atamoğlan Nuriyev haqqında çox demək, çox yazmaq olar.Polkovnik Qabil Zamanovun  və mənim   Əlibayramlı  şəhərində yerləşən tədris alayının  komandiri vəzifəsində  olduğumuz vaxtı, Atamoğlan  Nuriyev hərbi hissənin zirehli texnika xidməti rəisi vəzifəsində olan vaxtı , nizam- intizamı, təşkilatçılığı, dürüstlüyü və vətənpərvərliyi ilə başqalarından  daimi seçilirdi, həmişə öndə gedən zabitlərdən biridi.

A.Nuriyev hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş  keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  dəfələrlə Daxili İşlər Naziri, Daxili Qoşunların Komandanı və onun müavinləri, Ali Hərbi Məktəbəb rəisi, diviziya və hərbi hissə komandiri tərəfindən əla xidmətlərə görə əlacı,  yubiley və idman dərəcəsi döş nisanları ilə təltif olunmuş, bir çox diplomlarla, Fəxri Fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlmış və ona təşəkkür elan edilmişdir.

Atamoğlan Nuriyev  Əliyeva Lətafət Əli qızı ilə ailəlidir, onun Sevinc adlı  qızı vardır.  16 mart 1993-ci ildə  o, Ağdam  rayona gedəndə qızının 3 ay  8 gün yaşı vardı.

Atamoğlan Nuriyev kimi Vətən uğrunda  qəhrənmacasına həlak olmuş igid övladlarmızın  əziz xatirəsi  qədirbilən xalqmızın  qəlbində əbədi yaşayaçaqdır.

Allah bütün Şəhidlərmizə  rəhmət eləsin!


 Azərbaycan Respubilkasının 

Silahlı Qüvvələri və  Müharibə Veteranı  

polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages