CAMEL TRAVEL” turizm şirkətinin Şusa şəhərinə ikinci səfəri-Foto



 Hər kəsin həyatda çoxlu arzuları olur və bu arzuların içərisində həmişə biri daha müəddəs, daha çox istədiyin olur.  Azərbaycanımızın dilbər guşəsi olan Qarabağımızı, baş tacımız olan “Şuşa Qalasını”  ən azından birdəfə yenidən görmək,  o torpaqlara ayaq basmaq , İsa bulağının suyunun soyuqluğunu ovcunda hiss etmək, 44 günlük Vətən Müharibəsi Qəhramanlarımızın olmazı olan edib keçilməz qayalıqlardan Cıdır düzünə qalxan yolunu qururla seyr etmək hər kəsin yəqin ki, ən ülvi arzusu olub. "Camel Travel" turizm şirkətinin Şuşa şəhərinə 2025-ci ilin   22 mart tarixində təşkil etdiyi turizm səfəri bir çoxlarının bu arzularını reallaşdıraraq uğurla başa  çatdı.

  Turda Azərbaycan Vətən Müharibəs Veteranları İctimai Birliyinin sədr  müavini və üzvləri, Daxil Qoşunların, Müdafiə   Nazirliyin ehtyatda və istefada olan zabitləri, gizirləri, tibb işçiləri , (polkovnik Salman Musayev və yaxın dostu iş adamı Musabala Hüseynov, polkovnik Zeydula Mustafayev polkovnik- leytenant  Yusif Hacıyev, , polkovnik-leytenat İmran Musayev, polkovnik leytenant Vidadi İmanov, polkovnik-leytenat İqbal Cəfərov, polkovnik-leytenat Oktay Kərimov, mayor  Mərdan Hüseynov, mayor  Qəzənfər Vəliyev, kapitan  Hacıəli  Hacıyev, fəxri qonaq qismində Şəhid  kapitan Rəsul Atakişiyevin həyat yoldaşı gizir Təranə  Atakişiyeva və nəvəsi Rəfiqə xanım, Şəhid Vüqar  Bədəlovun Bacısı Baş gizir Səbirə Bədəlova ,kapitan Fuad Quliyevin ən yaxın qohumları, baş tibb bacısı baş gizir Sevil İmanova, baş gizir Güləbətin Əsədova, müharibə veteranı peşəkar müəllim Natiq Abdullayev) Şəhid ailələrin, müharibə  veteranlarının, hərbi  vəzifəlilərin,  doğmaları həyat yoldaşıları və yaxınları, o cümlədən müxtəlif sahələrdə çalışan gənçlərimiz iştirak etmişdir. 

“CAMEL TRAVEL” Turizm şirkətinin   direktoru, Azərbaycan Vətən Müharibəs Veteranları İctimai Birliyinin üzvü, istefada olan kapitan  Şaiq Əsgərov  turda iştirak edən hər kəsə təşəkkürnu bildirir,“CAMEL TRAVEL” turizm şirkətinə dəstək olan hər kəsə öz minnətdarlığını bildirir.

   Şuşanın Cıdır düzündə həyat yoldaşı ilə birlikdə  olan  Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharubə veteranı -istefada olan  polkovnik leytenant Yusuf Hacıyevə polkovnik Salman Musayev tərəfindən “Böyük Zəfər medalı” və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə üzv qəbul olunması üçün üzvlük vəsiqəsini  təqdim etmişdir.

  Ümidvarıq ki, növbəti  27 mart və digər gələn aylarda  bu kimi əlamətdar günləri bizimlə birlikdə Şuşada Cıdır düzündə, İsa bulağında, Şuşanın Güllü bağında, Şuşa qalasında, Qarabağın “Çin səddi” adlanan Əsgəran qalasında yaddaqalan qeyd etmək istəyənlər daha çox olacaqdır.


“CAMEL TRAVEL” Turizm şirkətinin əməkdaşı- ehtiyatda olan polkovnik leytenant İqbal Cəfərov.



Hiç yorum yok:

Yorum Gönder

Pages