Daxili İşlər Nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz dəsti- xətti və xüsusi xidmətləri olmuş, yüksək hərbi peşəkarlığı humanistliyi,iradı,dəqiqliyi,təmkinliyi,səmimiyyəti, işgüzarlığı, mənəvi keyfiyyəti,
prinsiplərinə sadəliyi və vətənpərvərliyi, səmərəli fəaliyyəti ilə seçilən,Şəhid polkovnik leytenat Hüseynov Rəşad Rəhim oğlu əgər yaşasaydı mart ayının 10 -da 45 yaşı tamam olacaqdl.
Vətənə müqəddəs borcunu şərəflə yerinə yetirmiş polkovnik- leytenat Rəşad Hüseynov 2023-cü illin sentyabr ayının 19-20 tarixlərində Qarabağ iqsadi zonasında həyata keçirilən uğurlu lokal antiterror tədbirləri zamanı ( Kəlbəcər və Lacın istiqamətində gedən döyüş əməliyyatlarında ) şəhid olub.
Rəşad Hüseynov 22 sentyabr Şirvan şəhəri Şəhidlər xiyabanında dəfn edilib.
Polkovnik- leytenat Hüseynov Rəşad Rəhim oğlu 1980 -ci ilin mart ayının 10 -da Əli-bayramlı (indiki Şirvan) şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur .
Rəşad Hüseynov 1995-ci ildə Əli-bayramlı (indiki Şirvan) şəhərində orta məktəbin 8-ci sinifini,1998-ci ildə Cəmşid Naxcvanski adına Hərbi Liseyi, 2002- ci ildə Azərbaycan Ali Hərbi Məktəbi (indiki Heydər Əliyev adına Hərbi İnstitutu) 2003-cü ildə isə Daxili işlər Nazirliyi (Dun-in) Daxili Qoşunlarının Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabitlərin ixtisas kursunu bitrmişdir. Rəşad Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, hərbi hissələrində keçirilən kuruslarda, hərbi və xüsusi -taktiki təlimlərdə, təlim -metodiki toplanışlarda, seminar və konfranslarda fəal iştirak etmişdir.
Rəşad Hüseynov 2003- 2023-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Quba,Bərdə, Zakatala rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri, qərargah rəisinin döyüş təlimi üzrə müavini, tabor komandirinin müavini-qərargah rəisi,tabor komandiri, və xüsusi vasitələrin tətbiqi dəstənin komandiri vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət edərək ona göstərlən ehtimadı layıqincə doğrultmuşdur.
Rəşad Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Şəhid polkovnik leytenat Rəşad Hüseynov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçulara və öz tabeliyində olanlara şəxsi nümünə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada, Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,inzibatı binaların, hərb şəhərciklərin və təchizat anbarların mühafizəsində, şəhərdə, yaşayış məntəqələrində, kütləvi tədbirlərin keçirilmə yerlərində eləcə də işğaldan azad olunmuş ərazilərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində kütləvi ixtşaşların qarşlsının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalada hallar , habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında,koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları yüksək səviyyədə məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə (xidmət etdiyi müddətdə 33 dəfə) Daxili İşlər Naziri, Daxili Qoşunların Komandanı və onun müavinləri, Ali Hərbi Məktəb və Cəmşid Naxcvanski adına Hərbi Lisey rəisləri, hərbi hissə komandiri tərəfindən əla xidmətlərə görə əlacı, yubley və idman dərəcəsi döş nisanları ilə təltif olunmuş, bir çox diplomlarla, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlmış və ona təşəkkür elan edilmişdir.
Döyüş hazırlığındakı əla göstəricilərə , təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə,şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallar ilə təltif olunub:
1.“Hərbi xidmətdə fəriqləndiyinə görə” 3-cü dərəcəli medal ilə;
2.“Qüsursuz xidmətə görə” 1ci, 2-ci və 3-cü dərəcəli medalları ilə;
3.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin” 90 və 95 iliyi yubiley medalları ilə.
Hüseynov Rəşad Rəhim oğlu Vətən müharibəsində qəhrəmancasına iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Vətən uğrunda qəhranmacasına həlak olmuş, Rəşad kimi, igid övladlarmızın əziz xatirəsi qədirbilən xalqmızın qəlbində əbədi yaşayaçaq, Allah bütün Şəhidlərmizə rəhmət eləsin.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder