Beynəlxalq dərəcəli idman ustası Vilayət Hacıəli oğlu Ağayev 5 dekabr 1971-ci ildə Ərkivan qəsəbəsinin İsoba məhəlləsində dünyaya göz açıb.
O, 1-ci sinifə 1978-ci ildə Cəfər Cabbarlı adına Ərkivan kənd orta məktəbində gedib.
Kiçik yaşlı Vilayətin idmana olan marağını görən qardaşı Telman Ağayev onu tanınmış pəhləvan Nadir Ağayevin zalına aparır. Beləliklə Vilayət Ağayevin idman karyerası başlayır. Sonra o Əməkdar məşqçi Səyədulla Əkbərovdan Yunan-Roma güləşinin sirlərini öyrənir.
6-cı sinifdə oxuyarkən Vilayət Ağayev təhsilini və güləş idmanını peşəkarcasına davam etdirmək məqsədilə paytaxt Bakı şəhərinə üz tutur. Bakıda idman təmayüllü internat məktəbində oxuyur.
Daxil İşlər Nazirliyinin "Dinamo" idman cəmiyyətində həmyerlisi Beynəlxalq dərəcəli idman ustası,Əməkdar məşçi Əli Əliyev onun məşqçisi olur .
Vilayət Ağayev idmanla yanaşı təhsilini də davam etdirərək İdman Akademiyasının məzunu olur.
Vilayət Ağayev dəfələrlə Respublika çempionatlarının, beynəlxalq dərəcəli yarışların qalib, Avropa çempionatının mükafatçısı olub.
O, 1991-ci ildə keçmiş SSRİ-də Yunan-Roma güləşi üzrə kişilər arasında keçirilən yarışda 2-ci yeri tutaraq SSRİ yığma komandasının üzvü olmuşdur.
1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarının iştirakçısı olub.
1997-ci ildə dünya çempionatında 3-cü yeri qazanıb.
Bu münasibətlə Ümummilli lider Heydər Əliyev ona mənzil hədiyyə edib.
Vilayət Ağayev Daxil İşlər Nazirliyi Daxil Qoşunların Baş İdarəsinin əlahiddə İdman komandasında müxtəlif vəzifələrdə xidmət etib. Hal- hazırda Daxili İşlər Nazirliyində məşqçi-müəllim işləyir.
O, Beynəlxalq dərəcəli idman ustasıdır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder