Bakmiltv.info xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsi dumanlı havanın digər hərəkət iştirakçılarının və nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmağı, sürət həddini hava şəraitinə uyğun seçməyi, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirməyi, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edib.
Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmaları xahiş olunur.
Hiç yorum yok:
Yorum Gönder