Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində heç-heçə edib


Avropa çempionatının əsas mərhələsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

"Bakmiltv.info"un məlumatına görə, Xorvatiya keçirilən turnirdə meydan sahibləri ilə üz-üzə gəlib.

Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

Bu heç-heçə U-19-un əsas mərhələdə qazandığı ilk xal olub.

Xorvatiya - Azərbaycan (1:2) 3:3

Hakimlər: Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya)

Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya)

Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)

UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)

Qollar: Leon Ferençek, 2:48, 34:24, İvan Posaveç, 39:48 // Fariz Hüseynov, 6:56, Ədalət Ələkbərov, 16:11, 39:59

Qırmızı vərəqə: Hüseyn Abdulov, 26:02

Omiş. Ribnjak İdman Sarayı.

Millimiz qrupda son oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək.

Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Hiç yorum yok:

Yorum Gönder

Pages