Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
O qeyd edib ki, milli kadr potensialı ilə tam şəkildə təmin olunmuş ordunun yaradılması üçün səfərbərlik sistemində islahatlar davam etdiriləcək.
A.Nağıyev ödəniş qarşılığında hərbi xidmətdən azad edilmə ilə bağlı təkliflərə də münasibət bildirib: “Hələ bununla bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edən yoxdur”.
O əlavə edib ki, Azərbaycanda müqavilə ilə xidmət edən hərbçilərin (MAXE) sayının artırılması istisna deyil:
“Ümumiyyətlə, döyüşkən ordu yaratmaq üçün mütləq şəkildə müqaviləli orduya keçmək lazımdır. Bundan sonra bütün kateqoriyalara uyğun ehtiyat qüvvələr yaratmaq lazımdır. Son zamanlar Ukraynada gedən müharibə göstərdi ki, əgər 80 minlik müqaviləli ordu varsa, heç olmasa 500-600 minlik də ehtiyat orada olmalıdır. Ölkənin təhlükəsizliyinə təhdid varsa, ilk növbə müqaviləli hərbi qulluqçular, daha sonra ehtiyyat qüvvələr mütləq şəkildə səfərbər olunub çağırılırlar. Bu, Rusiya-Ukrayna müharibəsində praktiki şəkildə özünü göstərdi. Bütün bunların hamısının eyni anda birdən-birə formalaşması mümkün deyil. Çox məsələlər var ki, bunlara yenidən baxıla bilər”.
Hiç yorum yok:
Yorum Gönder