Bağban əkib - becərdiyi bağın meyvələri ilə öyündüyü kimi, valideynlər övladlarının, müəllimlər isə şagirdlərinin uğurlarına sevinirlər.
Şamilə Ələkbərli mənim yeganə övladımdır.O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, həmçinin, Azərbaycan Tele-Radio Akademiyasını bitirib. 5-ci aydır Azərbaycan Televiziyası və Radio Verilişləri" QSC-nin İnformasiya Proqramları studiyasının müxbiri vəzifəsində çalışır. Valideyn olaraq sevinirəm ki, Şamilə daim öz üzərində çalışır. Bu günlərdə onun aldığı mükafatların üzərinə biri də gəldi: Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlıl Qüvvələr Təşkilatının sədri, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov tərəfindən qiymətləndirildi: o, xüsusi Təşəkkürnamə və qiymətli hədiyyə ilə mükafatlandırıldı.Mən, diqqət və qayğıya görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının sədri, dəyərli Cəlil Xəlilova təşəkkür edirəm. Eyni zamanda, Azərbaycan Televiziyasının İnformasiya Proqramları Studiyasının işgüzar kollektivinə Şamilə Ələkbərliyə göstərdikləri etimada görə təşəkkür edirəm.
Allah -Təala özü sənin mükafatını versin, Şamilə!
Hörmətlə,
atan Şamil Sabiroğlu, jurnalist.
Hiç yorum yok:
Yorum Gönder