Xocalı soyqırımının şahidi Mürvət Məmmədov Qərbi Azərbaycan İcmasında olub.



Görüş zamanı İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov ona İcmanın üzvlük vəsiqəsini və döş nişanını təqdim edib.

Qeyd edək ki, Məmmədovlar ailəsi 1987-1991-ci illər deportasiyası zamanı Qərbi Azərbaycanın (indiki Ermənistan) Basarkeçər rayonunun Yuxarı Şorca kəndindən zorla çıxarılmış və Xocalı şəhərində məskunlaşmışdılar. 1992-ci il 25-26 fevral tarixlərində Mürvət Məmmədovun atası Məmmədov Məmməd Rəhim oğlu (47 yaş), qardaşları Söhbət (17 yaş) və Möhlət (16 yaş) Xocalı şəhərində Ermənistan və sovet ordusunun 366-cı alayı tərəfindən törədilmiş soyqırımı zamanı şəhid olublar.

Hiç yorum yok:

Yorum Gönder

Pages