Unudulmaz polkovnik leytenat Anar Nağıyev




 Polkovnik leytenant Anar Nağıyevin işıqlı xatirəsinə ehtiramla. 

Hər  ötən ömür insan xatirəsində daim yaşanmır, keşməkeşli həyatımızda belə ömür səhifələrini  biz az görmüşük.Yalnız dəyərli-ömür günləri unudulmur.Həmişə qiymətli ömürlər sonsuz sevgi, dərin ehtiram və kövrək yada salınır...

Axı,yaxşıları  necə unuda bilərik?Vəzifə borcunu yüksək vətəndaşlıq məsuliyyəti ilə yerinə yetirən fədakar hərbiçilərin və hüquq mühafizə orqan- əməkdaşlarının  neçə -neçə  insan həyatında xatırlanır.Belə vətənpərvər insanları qiyabi tanıyanlarda bir yurddaştəəssübkeşliyiyi sevgisinin işıqından bəhrələnirlər.Hər açılan sabah o işıqdan öz payını alır.Bu mənada polis polkovnik- leytenantı  Anar  Nağıyevin  əziz xatirəsi sönməz həyat eşqi kimi yaşamaqdadır.

Əfsus ki, yüksək peşəkarlığı, humanistliyi,dərin zəkası, işgüzarlığı, dəqiqliyi,təmkinliyi sadəliyi, səmimiyyəti, iradı, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün   23 ildən çox şərəfli xidmət yolunu  Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində və Daxili İşlər Orqanlarında  keçirmiş,polis        polkovnik- leytenantı   Anar Vaqif oğlu  Nağıyev   iyun  ayının 12  -də uzun sürən onkoloji xəstəlikdən 47 yaşında  Xırdalan şəhərində vəfat etdi. 

Qeyd edək ki, polis polkovnik leytenantı Nağıyev  Anar Vaqif oğlu    1977- ci  ilin fevral ayının 18-də Bakı şəhərində  hərbiçi ailəsində dünyaya göz acmışdır, əslən Gədəbəy rayonan idi.

 Anar Vaqif oğlu Nağıyev    1993-cü ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra, Bakı şəhərində  Azərbaycan Texniki  Universitetini ,Naxçıvan Muxtar Respublikasında isə  Naxçıvan  Dövlət   Universitetini (hüquq fakültəsini)   bitrmişdir.Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ali hərbi məktəblərində müvafiq ixtisasartırma kurslarında olmuşdur. Anar Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə keçirilən bir çox  təlim- metodiki toplanışlada,hərbi və xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.

Polkovnik- leytenant Anar Nağıyev    1997-ci ildə  Azərbaycan Dövlət Texniki Ünverstetinin hərbi fakültəsini müvəqqiyətlə  bitirdikdən  sonra, ona  Müdafiə Nazirinin müvaiq əmri ilə ilk hərbi leytenant rütbəsinə layiq görülmüşdür. 


Anar Nağıyev    1998- 2008- ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Binəqədi, Xəzər  və Xətai rayonlarında  yerləşən hərbi hissələrində   və hərbi məktəbində  taqım və böluk  komandiri- müəllim, xüsusi təyinatlı dəstə komandirinin müavini, idman və fiziki hazırlığ rəisi,2008-2020-ci illərdə isə Daxili İşlər Nazirliyinin  Arif Heydərov adına kicik rəis heyəti hazırlayan məktəbdə baş müəllim, kafedra rəisi, məktəb rəsinin xidmət üzrə  müavini,  Sumqayıt şəhər, Nefitcala, Səbail və Qaradağ rayonlarında yerləşən polis idarə və şöblərində isə patrul tabor komandinin müavini, İctimai təhlükəsizlik  və yetkinlik yaşına çatmayan  işlər üzrə şöbənin rəisi , növbətçi xidmətinin rəisi vəzifələrində Dövlətə ,vətənə

və xalqa sədaqətlə xidmət etmişdir.

A.NağıyevDaxili Qoşunlarda və Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir.Anar Nağıyev istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarında və daxili işlər orqanlarında  xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi (Polis) Andın,  hərbi, daxili işlər nazirliyin post patrul, daxil qoşunların isə döyuş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları  və polis əməkdaşlarını fədakar xidmətə ruhlandırmışdır.

Azərbaycan Respublikasında qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına və  Daxili İşlər Orqanlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakərlər və başqa  fövqaladə hallar, habelə fövqaladə  vəziyyət və komendant saatı zamanı hüquqi rejimin  təmin  olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

 

Anar Nağıyev   DİN-in Daxili Qoşunlarında və Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində  hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün  ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub. O,harada xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmüşdur.

Polkovnik leytenat Anar Nağıyev    həmişə ləyaqətinin, şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş vüqarını daima yüksək saxlayaraq, alını açıq və başı uca gəzmişdir. Xalqa, elə obaya, dövlətə xidmət, özüdə etdiklərini  sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.

 Daxili Qoşunlarda və Daxili İşlər Orqanlarında xidmət etdiyi dövürlər ərzində xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi (komandir) hazırlığında  və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət dövründə xüsusi  fəriqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, məktəb rəsinin, hərbi hissə komandirinin və rayon polis idarə rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və idman dəcəsi  döş nişanları ilə, dəfələrlə  fəxri fərmanlarla, diplomlara və qüymətli hədiyyələrlə mükafatlandırılmış və ona təşəkkür elan edilmişdir.


Döyuş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində,  döyüş növbəsində xüsusi fəriqləndiyinə fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmirləri ilə aşağdakı medallarla təltif edlib:

1.”Qüsursuz xidmətə görə” 1-ci, 2-ci  və 3-cü dərəcəli medallar ilə;

 2.”Azərbaycan Respubilkasının Silahll Qüvvələrinin” 10-illiyi və 90-ilIiyi yubiley medaları ilə.


Allah polkovnik leytenat  Nağıyev Anara və bütün dünyasını dəyişənlərmizə rəhmət eləsin!

Qəbrləri nurla dolsun!!!

Tanrı Anar Nağıyevin  övladlarını qorusun!


 Azərbaycan  Respublikasının Silahlı Qüvvələri  və  Müharibə Veteranı  polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages