Unudulan batalyon komandiri.





Vəliyev Kamil Əliş oğlu - Cəbrayıl rayonu, Süleymanlı kəndi.
Kamil müəllimin tərcümeyi-halını qeyd edib sizləri yormayacam. Kamil müəllimi demək olar ki, Cəbrayılda hamı tanıyır.
Qələmi silaha dəyişən ilk müəllimdir. 
C. Əhmədov adına Cəbrayıl şəhər tam orta məktəbinin müəllimi olan Kamil müəllim, Cəbrayılda ilk döyüşlər başlayanda ilk əlinə silah götürən şəxslərdən biri olub.
İlk yaranan Ərazi Özünü Müdafiə Batalyonuna heç kim komandirlik etmək istəməyəndə,1991-cildə Kamil müəllim bütün məsuliyyəti öz üzərinə götürüb.
Maddi-texniki təminatı olmayan bir batalyona komandirlik etmək o dövr üçün böyük bir əzmkarlıq tələb edirdi. 
Pedaqoq kimi tanıdığımız Kamil müəllim artıq zabit kimi ordu quruculuğunda yaxından iştirak edirdi. 
1992-ci ildə Özünü Müdafiə Batalyonu polka çevriləndə, Kamil müəllim polk komandirinin siyasi işlər üzrə müavini vəzifəsinə təyin edilib.
Cəbrayıllı döyüşçülərin uğurlu həyata keçirdikləri Sur əməliyyatına Kamil müəllim rəhbərlik edib. 
1995-ci ildə ordu sıralarından kapitan rütbəsi ilə təxiris edilib. 
Yenidən Cəmil Əhmədov adına Cəbrayıl şəhər tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirib. 
Vətən müharibəsi dövründə oğlu Abbas müharibədə iştirak edib, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. 
Kamil müəllim özünü reklamı sevməyən dəyərli müəllim və zabitdir. 
Allah Kamil müəllimə ömür versin. Cəbrayılda görüşmək ümidi ilə Kamil müəllim.

Hiç yorum yok:

Yorum Gönder

Pages