Bakmiltv.info xəbər verir ki, ictimai fəal Arzu Əliyevanın aparıcılıq etdiyi tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra Şəhidlə bağlı videoçarx nümayiş etdirilib, çıxışlar başlayıb.
Şəhidin anası Flora Əliyeva, Universitetin rəhbərliyi və digər şəxslər çıxış ediblər.
Çıxışlarda Şəhidin cəmi 18 illik qısa, lakin şərəfli ömür yolundan, Vətənsevərliyindən, Vəyən naminə fədakarklığından söz açılıb.
Ailəsinə-anası Flora Əliyevaya Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki 31-ci doğum günü, 50 yaşı təbrik olunub.
Tədbirdə həmçinin, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər və musiqilər səsləndirilib.
2 saatdan çox davam edən tədbirin sonunda xatirə fotoları çəkdirilib.
16:55
***
Tədbirdən sonra “Nanə” restoranında Şəhidin Cənnətdəki 31-ci doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.
Şəhidin ruhuna bir daha dualar edilib.
Qeyd edək ki, Şəhidin Cənnətdəki 31-ci doğum günü ilə bağlı tədbirdə və adına açılan ehsan süfrəsində ailə üzvləri, Bakılı, Abşeronlu, Sumqayıtlı Şəhid ailələri, Qazilər, ziyalılar, media mənsublar, tələbələr və digər şəxslər iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki 31-ci doğum günü, 50 yaşı mübarək olsun!
Nur içində yatsın!
18:55
***
https://youtu.be/jqhgEo6YspQ?si=YTrlKViYz1VEe-4j
19:15
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Hiç yorum yok:
Yorum Gönder