Təbrik:“Tərəqqi medalı” mayor İradə Həşimova




Tarixə adını  yazmaq hec də hər insana qismət olmur, ancaq layiq olanlar bacarırlar.Sevindirici haldır ki, bu gün bütün dünyanın tanıdığı həmvətənlərimiz kifayət qədərdir.Onlar fərqli vaxtlarda müxtəlif sahələrdə, beynəlxalq aləmdə tanınırlar. Belələrdən biridə atıcılıq  üzrə üc dəfə 1985,1998 və 2002-ci illərdə Dünya Çempionatların gümüş medalın, 2004-cü ildə isə Yunanıstanın Afina şəhərində baş tutan XXV111 yay olimpiya oyunlarının bürünc medallarını qazanmış, Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının Nərimanov  və Sabunçu  rayonunda yerləşən hərbi hissədə idman və fiziki hazırlıq  rəisi, Daxili Qoşunların Baş İdarəsinin əlahiddə idman komandasında isə məşqçi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmiş-istefada olan mayor İradə Həşimovadır.


Belə  bir əlamətdar gün münasibətilə  İradə Suleyman  qızı Həşimovanı Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları, əzizləri və yaxınları ürəkdən və səmimi qəlbdən təbrik edir, İradə xanıma cansağlığı, uzun ömür  fəaliyyətində  isə arzulayırlar.

   

Aşumova İradə  Suleyman qızı 1958-ci ilin  fevral ayının 25-də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub. İradə Aşumova evlidir, 2 oğlu var. Onun əri güllə atcılığı üzrə məşqçi Vladimir Lunyovdur, oğlu isə güllə atıcılığı üzrə Azərbaycan yığmasının üzvü Ruslan Lunyovdur.


İradə Həşimova 1975- ildən peşəkar  karyerasına başlayıb.

 1996,2000,2004 və 2008-ci illərdə Olimpiya oyunlarının iştirakçısı olub.

2004-cü ildə Yunanıstanın Afina şəhərində keçirilən XX111 Yay olimpiya oyunlarında bürünc medal qazanıb.


1995-ci ildə Mexikoda keçirlən Dünya Çempionatında kamanda üzrə qızıl, şəxsi olaraq gümüş medallarla qiymətləndirilib.


1985-ci ildə Varna şəhərində keçirilən Avropa çempionatında pnevmatik tapança ilə atışlarda qızıl medal sahibi olub.


1998 -cı ildə Barselonada və 2002-ci ildə isə Lahitdə keçirilən Dünya çempionatında tapança ilə atışlarda gümüş medalla mükafatlandırılıb.


2004-ci ildə Türkiyə Respublikasının Ankara şəhərində təşkil edilən Hərbiçilərin Dünya çempionatında sürətli atışda qızıl, tapança ilə atışda gümüş medal qazanıb.


İradə Suleyman qızı  Həşimova müxtəlif illərdə təşkil edilən Dünya kuboku yarışlarının, bir çox beynəlxalq turnirlərin qızıl, gümüş və bürünc medal sahibi olub.


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 sentyabr 2004-cü il tarixli 380 nömrəli Sərəncamına əsasən Azərbaycan idmanında xidmətlərinə və XV111 yay olimpiya oyunlarında qazandığı nailiyyətlərinə görə İradə Suleymanov qızı Aşumova “Tərəqqi” medalı ilə təltif edilib.


Öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə,  Olimpiya oyunlarında, Dünyaya, Avropa, Beynəlxalq və Ölkə Çempionatlarında və turnirlərində idman sahəsində  əldə etdiyi yüksək nailiyyətlərə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı (fərmanı), Daxili İşlər  Nazirinin, Azərbaycan Atıcılıq Federasiya Prezidentının, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin, Daxili Qoşunlar komandanının və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əlacı, yubiley və idman dərəcəsi döş nişanları ilə mükafatlandırlmış, dəfələrlə fərmanlarla, diplomlarla,pul mükafatları ilə, qiymətli hədiyyələrlə mükafatlandırılmış,  vaxtdan əvvəl növbəti hərbi verilmiş, ona təşəkkür elan edilmiş və aşağıdakı medallar ilə təltif  olmuşdur:


1.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


2.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


3.“Qüsursuz  xidmətə görə” 3 -cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;


4.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10-illiyi  (1991-2001)” yubiley medalı ilə;


5.“Azərbaycaan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.


İradə xanım doğum günüz mübarək olsun, 💯 yaşa və sağlam yaşa!


Azərbaycan Respublikasının Silahll Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev 


Hiç yorum yok:

Yorum Gönder

Pages