Təbrik:Tibb xidməti polkovnik leytenatı Faiq Əliyev -73


Tarix boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənətini mükəmməl bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-obada həmişə əziz tutulmuşdur. Hətta el arasında müdrik və mütərəqqi adamları loğmanla müqayisə edirdilər.

Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir. Xalqın səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatını etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq onların ehtiramını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir.Faiq həkim də öz davranışı, dürüstlüyü, insanpərvərliyi, qayğıkeşliyi və insanlara sağlamlıq, eləcə də gözəl təbəssüm bəxş etmək məharəti ilə onların etibarını və rəğbətini qazanmış həkimlərdəndir. Təsadüfi deyil ki, pasientləri (onu tanyanlar)  Faiq həkim barəsində danışanda deyirlər ki, “gözəl insandır və “əlləri qızıldır”.


İnsanlara yeni həyat, yaşamaq sevinc bəxş edən sayılb- seçilən  həkimlərmizdən bir olan, ali dərəcəli həkim- istefada  olan tibb xidməti polkovnik-leytenatı Əliyev Faiq Suleyman oğlu 24  fevral 1952 -cı ildə Şəki şəhərində zəhmətkeş bir ailədə anadan olub.Şəki səhərində dünya  göz acan  Faiq həkim qədirbilən övlad, güvənilən qardaş, sevimli həyat yoldaşı və qayğıkeş atadır.

Orta təhsilini Bakı şəhəri 102 saylı orta məktəbdə  uğurla başa vuran Faiq Əliyev 1976-cı ildə Azərbaycan Dövlət Tibb  İnstitutunu müvəffəqiyyətlə bitirib. Faiq həkim dəfələrlə həm ölkəmizdə, həmdə müxtəlif  dövlətlərdə  müvafiq ixtisasartırma kurslarında, seminarlarda,kongreslərdə,hərbi xüsusi- taktiki təlimlərdə, metodiki toplanışlarda,simpoziumlarda fəal iştirak edib.

 Silahdaşlarının yadaşında  fədakar həkim və döyüşcü kimi qalan Faiq Əliyev 1993-cü illin mart ayına kimi Daxili İlşər Nazirliyin  Bakı şəhərində  yerləşən  islah -əmək müəssisələrin birində  həkim,məntəqə rəisi və  tibb xidmət rəisi    vəzifələrdə  calışmışdır.

Hippokrat andına həmişə sadiq qalan Faiq həkim 1992-ci ilin mart ayının 17-dən  Daxili İşlər Nazirinin müvafiq əmri ilə  Daxili işlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin tibb  şöbə rəisinin müavini vəzifəsinə təyin olunmuşdur.

Daxili İşlər Nazirliyin İslah-Əmək Müəssisələrinin və Daxili Qoşunların Baş İdarəsinin  həyatında  tibb xidməti sahəsində  öz dəst -xətti və xüsusi xidmətləri olan, tibb xidməti polkovnik leytenantı Faiq Əliyev 1992-1999 -cu  illərdə  Daxili İşlər Nazirliyi  Daxili Qoşunların  Tibb şöbəsinin rəis müavini  vəzifəsində Vətənə və xalqa sədaqətlə xudmət etmişdir.Faiq həkim  Daxili Qoşunlarda  xidmət etdiyi dövrdə bir müddət Daxili  Qoşunların  hərbi hospital  rəisi vəzifəsini icra etmişdir.Faiq həkim Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə  buraxıldıqdan sonra 2000-ci ildən etibarən, Mərkəzi Nefitcilər (Neft Kəşfiyyat) Xəstəxanasında həmkarlar ittifaqı şöbəsinin midru  kimi fəaliyyətini davam etdirir.

Faiq həkim Azərbaycan Respubilkasının  Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili işlər nazirliyi daxili qoşunların döyüş xidməti nizamnamələrinin eləcə də tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi işində öz tabeliyində olan bir çox hərbi qulluqculara və həkimlərə  şəxsi nümünə olmuşdur.

Faiq həkim Daxili Qoşunlarda  xidmət etdiyi illər ərzində  Qanunvericiliklə müəyyən olunmuş qaydada  Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarına və  həvalə olunmuş vəzifə və tapşrıqları ləyaqətlə  yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin, inzibati binaların, hərbi təchizat anbarların mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. 

Faiq həkim Azərbaycanln ərazi bütövlüyü uğrunda (Ağdam,Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək yüzlərlə yaralılara,xəstələrə ilkin yardım göstərmişdir. 

Öz xidməti vəzifələrini və Daxili İşlər Nazirliyinin işlah- əmək müəssisələrinə eləcə də Daxili İlşər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin tibb şöbəsinə həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə, xidmət keçdiyi dövrlərdə göstərdiyi digər xidmətlərə görə   Daxili İşlər Nazirin və onun müavinlərinin,Daxili Qoşunlar komandanın,Daxili İşlər Nazirliyin tibb idarə rəisinin, islah-əmək müəsissə rəisinin müvafiq əmirləri ilə bir sıra medallarla, dəfəllərlə diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə   mükafatlandırlıb və ona təşəkkur  elan  olunmuşdur

Şərəfli ömür yolu keçmiş, insanların sağlamlığını ləyaqətlə qorumuş və savadlı mütəxəssis, gözəl insan və qayğikeş həkim kimi kiçikdən-böyüyə onu tanıyanların hər birinin dərin rəğbətini qazanmış ali dərəcəli həkim, istefada olan polkovnik leytenant Faiq Əliyevin  24 fevral anadan olmasının  73-cü ildönümüdür.Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan Faiq həkimi  belə bir əlamətdar gün münasibəti ilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, (tibb işciləri), kollektivi, onun doğmaları, əzizləri, yaxın qohumları,döyüş və iş yoldaşları səmimi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, firavan həyat, ailə səadəti və hərtərəfli uğurlar diləyirlər.

Doğum günün mübarək olsun Faiq həkim!

100 yaşa sağlam yaşa.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri və  Müharubə Veteranı polkovnik Salman Musayev 


Hiç yorum yok:

Yorum Gönder

Pages