Hər kəs həyatda ötən ömur paynı yaşayır.Xoşbəxt o insandır ki, adı ünvanı, el, işlədiyi kollektiv arasında hörmətlə çəkilir, bircə dəfə verilən ömrü elə yaşayır ki, el sevgisi qazanır, xalqın,işlədiyi kollektivin istəklisinə çevrilir, hamı böyüklü- kiçikli xətir hörmətini saxlayır. Həmin insanların ömrürlərindən çoxlarının ömürünə işiq düşür.Birdə ki, ömür o vaxt qiymətli və dəyərli olur ki, o mənalı yaşanır. Həmin ömür insanlarıda xidmətə yönəldilir, bəşəriyyətə,ailəyə, cəmiyyətə xidmət edir. Belə ömür yaşayan insanlardan biridə , Dövlət Təhlükəsizlik Xidmətinin ( kecmiş Milli Təhlükesizlik Nazirliyinin) Hərbi əks- əşfiyyat idarəsinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının həyatında öz – dəst xətti olan, dərin zəkası və gözəl nitqi qabiliyyəti ilə secilən,Azərbaycan Respubilkasının Vəkillər Kollegiyasının üzvü- ehtiyatda olan pokonik - leytenat Məhərrəmov Kamran Musa oğludur. Fevral ayının 21- də onun dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün çətinliklərindən alınıacıq və üzüağ cıxan ehtiyyatda olan polkovnik- leytenant Məhərrəmov Kamran Musa oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, Daxili İşlər Nazirliyi zabitlər birliyinin üzvləri, onun doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzu edib deyirlər Kamran müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin .
Bu gün əsli vətəndaşlıq mövqeyi ilə secilən, ehtiyatda olan polkovnik- leytenat Məhərrəmov Kamran Musa oğlu 1977- ci ilin fevral ayının 21- də Mingəcevir şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1994- cü ildə Mingəcevir şəhər 3 saylı orta məktəbi, 1997- ci ildə Mingəcevir Politexnik institutunu, 2019 – cu ildə isə Bakı Dövlət Universitetini bitirib.K. Məhərrəmov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Din-in Daxili Qoşunların Bas İdarəsində,Ali hərbi məktəbində və hərbi hissələrində kecirlən, bir çox təlim- metodiki toplanışlarda, müvafiq kurslarda, hərbi xüsusi -taktiki təlimlərdə, nümnəvi- göstərici məşğələlərdə, komanda-qərargah məşqilərində, seminar və konfranslarda fəal iştirak edib.
İşgüzar,çalışqan , işinə qətiyyətli, mübariz keyfiyyətli olan Kamran Məhərrəmov1998- 2004 -cü illərdə Dövlət Təhlükəsizlik Xidmətinin ( kecmiş Milli Təhlükəsizlik Nazirliyinin) Baş hərbi əks- kəşfiyyat idarəsinin döyüş bölgələrində yerləşən bölmələrində müxtəlif vəzifələrdə, 2004- 2018 -ci illərdə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Nərmanov və Xəzər rayonlarında yerləşən hərbi məktəbdə və hərbi hissədə müəllim, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin Kadırlar və Mənəvi- pisxoloji hazırlığı şöbə rəislərinin müavini vəzifələrində Dövlətə və xalqa sədaqətlə xidmət edib.
Hər kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər bir kəslə doğmalıq, yoldaşlıq münasibətləri yaradan polkovnik- leytenat Kamran Məhərrəmov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarından Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra 2022 ci ilin avqust ayının 7- dən etibarən Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvüdür və hal- hazırda vəkillik fəaliyyəti ilə məşğuldur.
K.Məhərrəmov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qoruxmaz, saxavətli,əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. Kamran orta və ali təhsil müəssisələrində təhsil aldığı illərdə, istərsədə xidmət etdiyi və işlədiyi mühütdə,isərsədə dost- tanış, qohum- əqraba, qonş arasında hörmət qazanmışdır.
İctimai işlərdə fədakarlıq göstərən, dostlarna, yaxınlarına, xidmət etdiyi ,işlədiyi iş və döyüşcu yoldaşlarına isti münasibəti olan, polkovnik - leytenat Məhərrəmov Kamran Musa oğlu,Daxili işlər nazirliyin Daxili Qoşnlarında xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, Hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə bir çox hərbi qulluqçular ücün nümnə olmuşdur.
Harada hansı vəzifədə çalışmasından asılı olmayaraq ,kollektivin daimi rəğbətini qazanmış Kamran Musa oğlu Məhərrəmov Daxili Qoşunlarda xidmət etdiyi iiər ərzində , cinayətkarlığa qarşı mübarizədə, ictimai əsayişin qorunmasında və təmin edilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.
Yüksək peşəkarlığı, humanistliyi,iradı, vətənpərvərliyi,sadəliyi,səmimiyyəti,təmkinliyi, geniş iş təcrübəsi və işgüzarlığı ilə secilən, ehtiyatda olan polkovnik – leytenat Kamran Musa oğlu MəhərrəmovDaxili Qoşunların Baş İdarəsinində xidmət edərkən bir çox komissiyanın, kompleks və məqsədli qrupların tərkibində olarkən öz səmərəli fəaliyyəti ilə,iş təcürbəsi ilə, mənəvi və işgüzar keyfiyyəti ilə Daxili Qosunlar Komandanlığının daimi diqqət mərkəzində olmuşdur.
Nəcib davranışa və yüksək mədəniyyətə malik olan,yorulmaz, xeyirxah, təşkilatcı və qayğıkeş insan polkovnik- leytenant Məhərrəmov Kamran Musa oğlu öz xidməti vəzifələrinin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə,Dövlət Təhlükəsizlik Xidmət rəisinin (kecmiş MTN-in), Daxili İşlər Nazirinin, Daxli Qoşunlar Komandanı və onun müavinlərinin, Baş hərbi əks- kəşfiyyat idarə rəisinin, hərbi hissə komandirinin, hərbi məktəb və şöbə rəisinin müvafiq əmrləri ilə ‘əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltiv olunub:
1.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə– Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbay can Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991- 2001)” yubiley medalı ilə;
5.”Azərbay can Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi(1918 -2008)” yubiley medalı ilə;
6.”Azərbay can Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi(1998 2013)”yubiley medalı ilə;
7.”Azərbay can Respubilkası Silahlı Qüvvələrinin 100 illiyi (19 18 -2018)” yubiley medalı ilə.
DİN-in Daxili Qoşunların yaranmasının 21 -ci ildönümü ilə əlaqədar olaraq, öz xidməti vəzifələrini yerinə yetirərkən göstərdiyi igidliyə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respubilkası Prezidentinin 12 mart 2013 ci il tarixli 2790 nömrəli sərəncamına əsasən polkovnik – leytenat Kamran Məhərrəmov ”Hərbi xidmətlərə görə” medala təltif edlib.
BÜTÜN GÖZƏL NƏ VARSA SƏNİN OLSUN
KAMRAN.
100 YAŞA, SAĞLAM YAŞA!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı
polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder