Təbrik:Polkovnik- leytenant Rəhman Kərimov-53



  

Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının  Baş İdarəsində müxtəlif vəzifələrdə xidmət etmiş, dərin zəkası,insanpərvərliyi, gözəl nitq qabiliyyəti,xeyirxahlığı,iradi,mənəvi keyfiyyəti, səmərəli fəaliyyəti ilə seçilən- ehtiyatda olan polkovnik leytenant Kərimov  Rəhman Rəhim oğlunun  fevral ayının 14-də  dünyaya göz acdığı gündür.


Daimi həyatın imtahanlarından alınıaçıq  və üzüağ çıxan,Rəhman Kərimovu 

belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, Daxili İşlər Nazirliyinin zabitlər birliyi, onun doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarinda bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Rəhman qoy yaşının üstə gələn bu yaş  da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi  xoşbəxt edəcək şəkildə keçsin. 

    

Kərimov Rəhman Rəhim oğlu   1972 - cı ilin fe ayının 14-də Bakı şəhərində  zəhmətkeş bir  ailədə anadan olub.


1990-cı ildə Bakı şəhərində orta məktəbi, 1994 - ci ildə isə   Azərbaycan Dövlət İqsad Üniversitetini bitrib.

 

1994-  2016 - ci   illərdə  Daxili İşlər Nazirliyi  Daxili Qoşunların Baş İdarəsinin Nərimanov rayonunda yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə aticı, Daxili Qoşunların Bas İdarəsinin (DQBİ-in) Döyüş Hazırlığı İdarəsində çertyojcu, Katibliyində   zabit və  mətbəə rəisi, Qərargahnda isə Arxiv  rəisi  vəzifələrində  xidmət edib.

 

 Polkovnik- -leytenat Rəhman  Kərimov Azərbaycan Respublikasıını Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi işində   bir çox hərbi qulluqçulara ücün  şəxsi nümunə olmuşdur.

  

Yüksək peşəkarlığı,humanistliyi, işgüzarlığı,vətənpərvərliyi, intellektual səviyyəsi, davranışı, sadəliyi,  səmimiyyəti,dəqiqliyi, təmkinliyi,böyüklərə ehtiram və hörməti ilə seçilən, polkovnik- leytenant Rəhman Rəhim oğlu Kərimov ömrünün ən məhsuldar dövrünün 21  illdən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında hərbi xidmətə  həsr etmişdir.


Qanunvericliklə müəyyən edilmiş qaydada DİN-in  Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşrıqların  yerinə yetirilməsində, cinayətgarlığa qarşı mübarizədə,şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin  edilməsində və ictimai əsayişin qorunmasında,yaşayış məntəqələrində  və islah-əmək  müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqaladə vəziyyət və komendat saatı zamanı hüquqi  rejimin təmin  edilməsində üzərinə düşən vəzifələri məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

      


Rəhman Rəhim oğlu Kərimov  1994-2016-cı illərdə Daxili Qoşunların Baş İdarəsində müxtəlif vəzifələrdə  xidmət   etdiyi  dövrlərdə üzərinə düşən vəzifə və tapşırıqları layıqıncə yerinə  yetirmişdir.

     

Polkovnik-leytenenat  R.Kərimov Daxili  Qoşunlarda xidmət  etdiyi  müddətdə özünü  uşaq vaxtlarından gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı, tərbiyəsi yerində olan bir  hərbçi kimi göstərmişdir. O, istər yaşadığı ərazidə, istər xidmət etdiyi kollektivdə həmişə müsbət mənada seçilərək, başqalarına nümunə olaraq Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

 

 Öz xidməti və ictimai  vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna və səmərəli fəaliyyətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarə rəisinin  müvafiq əmrləri ilə əlacı,  və yubiley döş nisanları ilə təltif olunub,  dəfələrlə fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

  


Döyüş hazırlığındakı, əla göstəricilərə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirin müvafiq əmrləri ilə  aşağısdakı medallarla təltif olunub:


1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin   10 illiyi (1991-2001)” yubiley medalı ilə;


2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin   90 illiyi (1918-2008)”yubiley medalı ilə;


3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi (1918-2013)” yubiley medalı ilə, 


4.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


5.”Qusursuz xidmətə görə” 2 -ci  dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

 

6.”Qususuz xidmətə görə”  3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.

RƏHMAN !


DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA

ÖMRÜN UZUN OLSUN 100 YAŞA.


ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.


 Azərbaycan  Respubilkasının  Silahlı  Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages