Təbrik:Polkovnik Azad İsmayılov- 57




İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Fevral ayının 27-də  Bakı şəhərində zəhmətkeş bir alilədə dünya gələn   insanlardan biridə Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarının həyatında   öz dəst -xətti olan, yüksək peşəkarlığı, humanistliyi, iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti,təvazökarlığı  və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 26 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı, ehtiyatda olan polkovnik İsmayılov Azad Şamil oğludur. Fevral ayının 27- də onun 57 yaşı tamam olur.


 Daimi həyatın bütün snaqlarından alını açıq və üzüağ çıxan  Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və müharibə veteranı, ehtiyatda olan polkovnik İsmayılov Azad Şamil oğlunu doğum günü münasibətilə  Daxili İşlər Nazirliyi (DİN-in) zabitləri  birliyinin üzvləri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada  olan zabitıəri, kollektivi, onun doğmaları,əzizləri,iş və döyüşçü  yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edirlər.


Polkovnik İsmayılovAzad Şamil oğlu 27 fevral 1968 -cı ildə Bakı şəhərində ziyalı ailədə anadan olub.


 1986 -cı ildə Bakı şəhərində 88 saylı texniki peşə məktəbi, 1993-cü ildə Paltava Ali Hərbi Rabitə Komandirlər məktəbini, 1997-ci ildə Bakı şəhərində Rabitə kollecini, 2003 -cü ildə isə Azərbaycan Texniki Universiteti bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox  təlim- metodiki toplanışlarda, hərbi xüsusi- taktiki təlimlərdə,nümnəvi göstərci məşğələlərdə, operativ-komanda qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.


Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı ehtiyatda olan polkovnik Azad İsmayılov 1993- 2016 -cı illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Nərimanov və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində və  əlahiddə, dayaq rabitə qovşağında, qovşağ rəisinin müavini, hərbi hissənin rabitə xidmətinin rəisi, Daxili Qoşunların Baş İdarəsinin Qərargahında isə Rabitə və AİS şöbəsinin baş zabiti
və şöbə rəisi vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.

Azad İsmayılov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.


Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş  xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinin dəqiq və sösüz  yerinə yetirilməsi işində  öz tabeciliyində olanlara şəxsi nümünə olmuş və onları fədakar hərbi xidmətə ruhlandırmışdır

Qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  keçirilmə yerlərində  ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,  yaşayış məntəqələrində və  cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında , qəzalar, yanğınlar,bədbəxt hadisələr,   təbii fəlakətlər və başqa fövqalada hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.


Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fərqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarlarla təltif olunub :

  1. Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı” medalı ilə;

2.“Qüsursuz xidmətə görə” 1-ci ,2-ci və 3-cü dərəcəli medallar ilə; 

3.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin” 10-iliyi , 90-illiyi və 95-iliyi yubiley medalları ilə təltif edilib.


Azərbaycan Respublikası Prezıdentının 6 may 2005- ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində, hərbi borcunu, xidməti vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və şücaət göstərdiyinə görə “Hərbi xidmətlərinə görə” medalı ilə təltif olunub.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AZAD!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


BÜTÜN ARZULARIN CİN OLSUN!



Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages