Təbrik:Novruz Əliyev -61



İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur.Ad günü qeyd edilən insanlardan biridə,sadəliyi,səmimiyyəti və işgüzarlığı  ilə seçilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin üzvü- istefada olan baş leytenat Əliyev Novruz  Əmiraslan oğludur.Bu  günlərdə onun 61 yaşı tamam olur.


Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan Əfqanıstan və Azərbaycan Müharibəsi Veteranı, istefada olan  baş- leytenat Əliyev  Novruz  Əmiraslan oğlunun bu günlərdə 61 yaşının tamam olması münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri,Daxili Qoşunların ehtiyatd və istefada olan zabitləri, onun doğmaları,əzizləri,iş və döyüş  yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin neymət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Böyükağa qoy yaşının üstə gələn bu yaş da  sizə sevinc dolu günlər bəxş etsin,  hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 


Əliyev  Novruz Əmiraslan oğlu 1964 -ci ilin fevral ayının 29 -da Azərbaycan Respublikasının Kəlbəcər rayonun Milli kəndində zəhmətkeş bir  ailədə  anadan olub.

1982-ci ildə Kəlbəcər rayonunun Milli   kənd  orta məktəbi, 1992 -ci ildə Azərbaycan  Pedoqoji  İnstitunu bitrib. Novruz Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində kecirlən bir çox  təlim- metodiki toplanışlarda,ixtiasartırma  kurslarında və taktiki -xüsusi təlimlərdə iştirak edib. 


1981 -1983-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Əfqanıstan Respublikasında  yerləşən hərbi hissələr birində müddətli həqiqi hərbi xidmətdə olub.

1993-ilin dekabr ayna  kimi, Daxili  İşlər Nazirliyinin Baş Dövlət  Yol Polis İdarəsində calışıb.1995-2001-ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşularında müxtəlif vəzifələtdə Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.Novruz Əliyev Daxili Qoşunlardan  ehtiyata buraxıldıqdan sonra Bakı şəhəri Telman Abbasov adına Yasamalı rayonun  225 nömrəli tam orta məktəbdə  hərbi rəhbər və idman müəllimi vəzifəsində işləyir.


O,Azərbaycanın ərazi bütövlüyü uğrunda  gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

 Öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andin hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümnə olmuşdur.

Qanunvericiliklə müəyyən edilmiş qaydada, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin, təchizat anbarların və hərbi yüklərin mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbbi fəlakətlər və başqa fövqalada hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Öz xidməti və ictimai  vəzifələrinin icrası zamanı yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, bir sıra Qeyri hökmət təşkilat rəhbərlərinin,   Daxili Qoşunlar Komandanı və onun müavinləri,hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley döş nişanları ilə, diplomlarla,  fərmanlarla , qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.


Döyüş hazırlığındakı əla göstəricilərə , xüsusi taktiki təlimlərdə, döyüş növbəsində, döyüş xidmətində, döyüş əməliyyatlarında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində fəriqləndiyinə görə   SSRI Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından  aşağıdakı medallarla təltif edilib:

1. “Böyük Vətən Müharibəsi” qələbəsinin 50 illiyi medalı ilə;


2.«Əfqanıstan Müharibə Veteranı medalı ilə»;

 3.«Əfqanıstanda döyüş Əməliyyatların bitməsinin yubiley medalı ilə»;

4.«Qüsursuz Xidmətə görə 3- cü dərəcəl ilə ;

5.Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  təsis etdiyi bir sıra  xatirə medalları ilə: 

1.“Böyük zəfər” medalı ilə;

2.“Milli ordunun 100 illiyi” yubiley medalı ilə”;

3.“Azərbaycan Respublikasının müharibə veteranı” medallı ilə;

4. “AVMVİB-nin 25 illiyi (1994-2019)  yubiley medalı  ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN NOVRUZ!


ÖMRÜN UZUN, ÜRƏYİN MÖHKƏM GÖZLƏRİN İŞİQLI 0LSUN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan  Respubilkasının  Silahlı Qüvvələri Və Müharibə Veterani polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages