Təbrik:Mayor Kərim Dadaşov



Peşəkarlığı, humanistliyi,dərin zəkası, işgüzarlığı, dəqiqliyi,təmkinliyi sadəliyi, səmimiyyəti, iradı, səmərəli fəaliyyəti, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Əli Bayramlı (indiki Şirvan) şəhərində,  Nərimanov və Xəzər rayonlarında  yerləşən hərbi hissələrdə avtomobil və zirehli texnika xidməti rəisi, hərbi hissə komandirinin texnika və Silah xidməti rəisi vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmiş, Azərbaycan Respublikasının müharibə veteranı ə-  istefada da olan mayor  Kərəm  Dadaşov un bu günlərdə 68 yaşı tamam oldu.

Belə bir əlamətdar gün   münasibəti ilə daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan- istefada olan mayor Kər  Dadaşovu Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, onun doğmaları, iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib-tükənməyən naliyyətlər arzu  edib deyirlər, Kərəm qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin ,  hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.


Kərəm Dadaşov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir.O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.


Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarında  xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi  Andın,  hərbi, daxil qoşunların  döyuş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.



Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarna həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin, hərbi təchizat anbarların mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində  və kütləvi tədbirlərin kecirilmə yerlərində  ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakərlər və başqa  fövqalada hallar, habelə fövqaladə  vəziyyət və komendant saatı zamanı hüquqi rejimin  təmin  olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.


Mayor  Kərəm Dadaşov Daxili Qoşunlarında  xidmət etdiyi illər  dövrlərdə hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün  ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub.


K.Dadaşov harada xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmüşdur.O,  həmişə ləyaqətinin, şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş vüqarını daima yüksək saxlayaraq, alını açıq və başı uca gəzmişdir. Xalqa, elə obaya, dövlətə xidmət, özüdə etdiklərini  sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.


 Mayor Kərəm Dadaşov  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley   döş nişanları ilə təltif olunub, diplomlarla, fərmanlarla və qüymətli hədiyyələrlə mükafatlandırlmış və ona təşəkkür elan edilmişdir.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.

KƏRƏM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!



 Azərbaycan  Respublikasının Silahlı Qüvvələri  və  Müharibə Veteranı   polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages