Təbrik:Mayor İlham Qafarov -54



Peşəkarlığı, humanistliyi,dərin zəkası, işgüzarlığı, dəqiqliyi,təmkinliyi sadəliyi, səmimiyyəti, iradı, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün   21 ildən çox şərəfli xidmət yolunu  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində   keçirmiş- ehtiyatda olan mayor İlham Qafarovun  fevral ayının 20- də  dünyaya  göz acdığı gündür.


Belə bir əlamətdar gün   münasibəti ilə daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan- istefada olan mayor  İlham Qafarovu Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, onun doğmaları, iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib-tükənməyən naliyyətlər arzu  edib deyirlər, İlham qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin ,  hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.


Qafarov İlham Salman oğlu  1971-ci ilin fevral ayının 20-də  Sabirabad  rayonun  Həşimxanlı kəndində zəhmətkeş bu ailədə  anadan olub.


 İlham Qafarov 1988-ci ildə  Sabirabad rayonun Həşimxanlı kənd  orta məktəbi, 1993-cü ildə  Kənd Təsərrüfat  Universitetini,1999-cu ildə  isə Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabitlər in  ixtisas artırma kursnu bitrib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə keçirilən bir çox  təlim- metodiki toplanışlada,xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.Hərbi təcürbə mübadiləsi  əldə etmək üçün, Türkiyə  Respublikasının Jandarma Qüvvələrində hərbi səfərdə olub.


 İlham  Qafarov 1995- 2016- ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Hacıqabul rayonunda, Gəncə və Lənkaran şəhərlərində  yerləşən hərbi hissələrində    taqım komandiri, böluk  komandiri, tabor komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifələrində Dövlətə

və xalqa sədaqətlə xidmət etmişdir.


İ.Qafarov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir.O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.


Müstəqil Azərbaycanın Daxili işlər nazirliyi  Daxili Qoşunlarında  xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi  Andın,  hərbi, daxil qoşunların  döyuş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.



Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarna həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində  və kütləvi tədbirlərin kecirilmə yerlərində  ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, axtarışda olan və qanunsuz silahlı birləşmiş dəstələrin axtarışında,tutulmasında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakərlər və başqa  fövqalada hallar, habelə fövqaladə  vəziyyət və komendant saatı zamanı hüquqi rejimin  təmin  olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.


 Mayor  İlham Qafarov Daxili Qoşunlarında  xidmət etdiyi illər  dövrlərdə hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün  ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub.


 İ.Qsfarov harada xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmüşdur.O,  həmişə ləyaqətinin, şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş vüqarını daima yüksək saxlayaraq, alını açıq və başı uca gəzmişdir. Xalqa, elə obaya, dövlətə xidmət, özüdə etdiklərini  sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.


 İlham Salman oğlu Qafarov  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət dövründə digər xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların  təlim-tədris mərkəz  rəisinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley   döş nişanları ilə təltif olunub,     fərmanlarla və qüymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.



 Döyuş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində,  döyüş növbəsində xüsusi fəriqləndiyinə fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmirləri ilə aşağdakı medallarla təltif edlib:


1.”Qüsursuz xidmətə görə” 1-ci, 2-ci  və 3-cü dərəcəli medallarla;


 2.”Azərbaycan Respublikasının Silahll Qüvvələrinin 90-iliyi (1918-2008) və 95 iliyi (1918-2013)” yubiley medaları ilə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.

İlHAM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!



 Azərbaycan  Respublikasının Silahlı Qüvvələri  və  Müharibə Veteranı   polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages