Təbrik:Mayor Gündüz Fətullayev-60




Peşəkarlığı,  humanistliyi,sadəliyi, səmimiyyəti,vətənərvərliyi,dəiqliyi,təmkinliyi, işgüzarlığı,  xeyirxahlığı, iradı   və mənəvi keyfiyyəti  ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarda hərbi xidmətdə keçirmiş, Azərbaycan Respublikasının müharibə  veteranı - istefada olan mayor Fətullayev Gündüz Çingiz   oğlunun fevral ayının  17-da  dünyaya göz acdığı gündür. 


Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan - istefada olan  mayor  Fətullayev Gündüz Çingiz  oğlunu doğum günü münasibətilə DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, Daxili İşlər Nazirliyinin  zabitlər Birliyinin üzvləri, onun doğmaları və iş yoldaşlarl səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər,Gündüz qoy yaşınızın üstə gələn bu yaş da  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.


Mayor Fətullayev Gündüz Çingiz  oğlu 1965-cı ilin  fevral  ayının  17-də  Daşkəsən rayonunda  zəhmətkeş bir  ailədə anadan olub.O,əslən Naxcvan Muxtar Respublikasındandır.Gündüzün həyat yoldaşı Cəmilə xanım Daxili Qoşunların hərbi hissələrində müxtəlif  vəzifələrdə xidmət edib.

Gündüz Çingiz oğlu Fətullayev 1982-ci ildə Bakı şəhər Nizami rayon Namiq Həmzəyev adına   238 nömrəli orta məktəbi,1987-ci ildə Bakı  Yeyinti  və Sənaye Texnikomunu  bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim-metodiki toplanışlarda, müvafiq kurslarda, xüsusi-taktiki təlimlərdə, nümunəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.

1983-1985 -SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.

1987-1991-ci illərdə  Bakı Keşlə ət kombinatında  texnoloq vəzifəsində  işləyib.

 1992-2004-ci ilərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Nərmanov,    Xaçmaz (Yalama qəsəbəsində),Xəzər, Binəqədi və Xətai  rayonlarında   yerləşən hərbi hissələrində və hərbi hospitalında ərzaq  xidməti rəisi, əşya xidməti rəisi, hərbi hisə komandirinin  (maddi texniki təminat) arxa xidmət üzrə müavini, Daxili Qoşunların Bas İdarəsinin    maddi-texniki təminat idarəsinin əşya xidmətində isə  zabit vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət edib. Gündüz hal- hazırda  Azərbaycan Respublikasının  Dövlət Sığorta  Şirkətində işləyir .

Mayor Gündüz Fətullayev DİN-in  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, ona həvalə olunmuş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Qanunvericiliklə Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində  və cəzaçəkmə müəssisələrində  kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa  fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendat  saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi xidmət dövründə  digər  xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirnin, (hərbi hospital rəisinin)  müvafiq əmrləri ilə bir çox  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə,  əlacı  və yubiley döş nişanları ilə  mükafatlandırlıb, ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin-amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub: 

1.”Qüsursuz xidmətə görə” 3-  cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə- 10 təqvim ili xidmətə görə;

 2.”Azərbaycan   Respubilkası Silahlı Qüvvələrinin  10 illiyi            (1991- 2001)” yubiley   medalı ilə;

YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN, GÜNDÜZ !

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN CİN OLSUN!


      Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı   polkovnik

 Salman

  Musayev 

Hiç yorum yok:

Yorum Gönder

Pages