Təbrik:Mayor Çingiz Məmmədov- 47



 Peşəkarlığı,sadəliyi, humanistliyi,xeyirxahlığı,iradı, işgüzarlığımənəvi keyfiyyəti, təmkinliyi, dəqiqliyi,səmiyyəti, səmərəli fəaliyyəti və ən əsası vətənpərvərliyi ilə seçilən ömrünün 20 ildən çox şərəfli hərbi xidmət yolunu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müxtəlif vəzifələrdə keçirmiş- ehtiyatda olan mayor Məmmədov Çingiz Vilayət oğlunun fevral ayının 22-də  dünyaya göz acdığı gündür.


Daimi həyatın bütün cətinliklərindən alını acıq və üzüağ çıxan- ehtiyatda olan mayor Məmmədov Çingiz Vilayət oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, onun doğmaları, əzizləri,yaxın qohumları və iş yolsaşları  səmimi qəlbdən təbrik edir,səbəbkaraa həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər,Çingiz qoy yaşının üstə gələn bu yaş  da sizə  sevinc dolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 


mayor Məmmədov Çingiz Vilayət oğlu 22 fevral 1978 -ci ildə Bakı şəhərində zəhmətkeş  bir ailədə  anadan olub.

 Çingiz Vilayət oğlu Məmmədov 1997- 2017-ci illərdə Daxili İşlər Nazirliyi  Daxili Qoşunların Baş İdarəsinin Gəncə, Hacıqabul, Nərimanov, Xəzər, Quba və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində zabitlərin və gizirlərin təkmilləşdirmə kursunda manqa komandiri, taqım komandirinin müavini, silah və sursat anbarın rəisi, taqım komandiri, hərbi hissənin qərargah rəisinin xidmət üzrə köməkçisi, alayın və briqadanın silah xidməti rəisi, Daxili Qoşunların Baş İdarəsinin Maddi texniki İdarəsində  ieə silahlandıra xidmətinin zabiti vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. 

Mayor Çingiz Məmmədov 1994-cü ildə 7 nömrəli orta məktəbi, 1997-ci ildə Bakı Neft Texnikomunu, 1998-ci ildə Daxili Qoşunların çavuşlar məktəbini, 1999-cu ildə isə zabitlərin ixtisas artırma  kursunu bitirmişdir. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki  toplanışlarda, hərbi  xüsusi taktiki  təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir. 

Çingiz Vilayət oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, istərsə də xidmət etdiyi və işlədiyi kollektiv heyətində böyük rəğbət qazanmışdır.

Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində,hüquq mühafizə orqanlarının, hərbi şəhərcikərin,hərbi təchizat anbarların və hərbi yüklərin mühafizə olunmasında,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində  ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,  yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaladə hallar , habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

Hərbi xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə , döyüş və ictimai siyasi hazırlığında,idman yarışlarında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub, pul mükafatları ilə, bir cox  fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andı, hərbi və daxili qoşunların döyüş  xidməti nizamnamələrin və digər hüquqinormativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

 Öz  xidməti vəzifələrinin və hərbi hissə qarşısında qoyulmuş tapşrıqların yerinə yetirilməsinə  məsuliyyətlə yanaşdığına və  hərbi xidmət keçdiyi dövrlərdə göstərdiyi digər xidmətlərə görə  Məmmədov  Çingiz Vilayət oğluna Daxili İşlər Nazirin müvafiq əmri ilə vaxtından əvvəl » kapitan » hərbi rütbəsi verilmişdir.


Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində, xüsusi fərqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili  İşlər Nazirinin müvafiq əmrləri ilə  aşağıdakı medallarlar ilə təltif olunub:

1.”Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;


 2. ”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin  10 illiyi,  90 iliyi və 95 illiyi
yubiley medalları ilə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ÇİNGİZ!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages